Azərbaycan İdeyası

Neft düşməsəydi, hamının interneti olacaqdı… 06.02.15 | 09:31 | Xəbər 325 dəfə oxunub

Tarix:6-02-2015, 10:25
Baxış Sayı:0

«Vacib bir iş gördüyün yerdə bir də görürsən internet kəsildi. Bu hal bir dəfə olar, iki dəfə olsa eybi yox. Tez-tez təkrarlanır. Hansısa texniki problemlərlə izah edirlər. Bir sözlə, internetin keyfiyyəti bizi heç qane etmir».
Qazaxın mərkəzindən 200 kilometr aralıda yerləşən Qarapapaq kənd sakini Rafiq Muradov belə deyir. O kəndlərində nəhayət ki, keyfiyyətli internet olacağını səbirsizliklə gözləyir. Özəlliklə, Azərbaycanın öz peykinin olması, «hər evə internet» layihələri ümidini daha da artırıb. Amma deyir ki, gözləntilərinin əksinə hələki, internetin keyfiyyəti yaxşılaşmayıb: «Əsas internetin sürəti çox aşağıdır, bir də arada 2-3 saat internet kəsilir. Bəzi kəndlərdə, hətta Qazaxın özündə belə eleləri var ki, internet çəkdirə bilmir. Onlara deyiblər ki, yer yoxdur. Bir dəfə telefon xəttləri Bee line-ı dəstəkləmir deyə internetə ümumiyyətlə qoşula bilmir. Bununla bağlı müraciətlərimizə də deyilmişdi ki, Azərbaycanda genişzolaqlı internetin inkişafı proqramı hazırlanır. Bununla vəziyyət həll olunacaq».

Prezident 2013-cü ili informasiya kommunikasiya texnologiyaları ili etmişdi. Bununla bağlı Azərbaycanda 2013-2015-ci illərdə «hər evə internet» adlı layihənin başlanacağının anonsu verilmişdir. Bu layihəni Neft Fondu maliyyələşdirəcəkdi. Amma 2015-ci ilin əvvəlində Neft Fondunun təsdiqlənmiş büdcəsi ictimaiyyətə təqdim ediləndə məlum oldu ki, fond layihəyə vəsait ayırmayıb.

Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz «hər evə bir optika»nı ölkənin ən strateji layihəsi kimi qiymətləndirir. Deyir ki, bu layihənin məqsədi təkcə vətəndaşa keyfiyyətli internətə çıxış imkanı yaratmaq deyil, həm də elektron hökumət layihəsinin inkişafını hədəfləyirdi. Azərbaycanda elektron bisnes, elektron təhsil, səhiyyə, bəzi əməliyyatların, eləcə də hesabatların edilməsi – bir sözlə hər bir vətədaşın həyatına təsir edəcək önəmli bir layihə idi:

«Düzünü deyim ki, hər kəs bu layihənin tez bir zamanda təsdiqlənib, işə başlayacağını gözləyirdi. Amma çox təəssüflər olsun ki, ilin əvvəlində biz bu layihənin maliyyələşməyəcəyi xəbərini aldıq. Neft Fondu bu layihəni maliyyə ayırmayıb. Bu da onunla əsaslandırılıb ki, layihə gəlir yönümlü deyil. Amma elə ötən il Neft Fondunun prezidentinin özü ötən il müzakirələrdə bu layihənin önəmindən danışırdı. Düşünürəm ki, kommersiya layihəsi olmaması əsası ilə vəsait ayrılmaması ciddi arqument deyil. Burada Rabitə və yüksək texnologiyalar nazirliyinin də bəzi nöqsanları var. Onlar bir az ləng tərpəndilər. Bu layihəni indi yox, 2-3 il əvvəl neftin qiyməti 120 dollar civarında olanda icrasına başlanılmalı idi».

Osman Gündüz yada salır ki, hazırda Azərbaycan interneti əsasən telefon xəttləri ilə bağlıdır. Köhnə xətlər üzərində qurulan internetdə ölkədə, özəlliklə, bölgələrə keyfiyyətə təsir edir.

«Hər evə bir optika» layihəsinə Neft Fondundan il ərzində 100 milyon manat ayrılması nəzərdə tutulurdu. Rabitə və Yüksək Texnolgiyalar nazirinin müşaviri Müşfiq Əmirov deyir ki, Nazirlik layihənin icrasını dayandırmayıb. «Hər evə bir optika» layihəsi icra olunacaq: «Nazirlik öz daxili hesabına və banklardan götürəcəyi güzəştli kreditlə layihəni icra edəcək. 2015-ci ildən layihənin icrasına başlanılıb. Texniki işlərin həllinə təxminən 20 milyon manat xərclənib. Ümid edirik ki, layihəni uğurla sona çatdıracayıq».

Bəs, Nazirlik banklardan götürdüyü krediti qaytara biləcəkmi? Müşfiq Əmirlideyir ki, gəlir gətirən layihə olduğundan kreditlərin qaytarılmasında problem olmayacaq. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb