Azərbaycan İdeyası

Ciddi qayda-qanun yaradılmalıdır` - İlham Əliyev

Tarix:24-12-2015, 15:55
Baxış Sayı:400

Ciddi qayda-qanun yaradılmalıdır` - İlham Əliyev




“Dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənir”.
"Korrupsiya və Qanun" saytı AzVision.az istinad olaraq xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda gözdən əlil insanlar üçün inşa olunmuş yeni yaşayış binasının açılışında çıxışı zamanı deyib. Ölkə başçısının sözlərinə görə, son illər əzrində müharibə əlliləri, şəhid ailələri üçün minlərlə evlər tikilib:
“5200 şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən evlə təmin edilib. Eyni zamanda onlara 5 mindən çox maşın verilib. Azərbaycanda nümayiş etdirilən bu yanaşma heç bir başqa dövlətdə yoxdur. Bu bir daha bizim sosial siyasətimiz əks etdirir. Eyni zamanada onu göstərir ki, xalq və dövlət üçün böyük xidmətlər göstərən insanlara, fiziki qüsurlu insanlara dövlət tərəfindən daima diqqət göstərilir və göstəriləcək.
Mən çox istəyirəm ki, Azərbaycanda yaşayan bütün əlillər cəmyyətdə fəal rol oynasınlar. Onlar cəmiyyətdən təcrid edilmiş vəziyyətə düşməsinlər. Işlə təmin olunub, yaxşı şərait yaradılsın. Dövlət öz üzərinə düşən vəzifəni yerinə yetirir. Əlbətdə ki, cəmiyyətdə bu təşəbbüsə qoşulmalıdır”.
Prezident bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyində çox ciddi islahatlar aparılıb. Bu islahatların bir məqsədi var ki, ehtiyacda yaşayan insanların problemləri həll olunsun. Ədalət tam şəkilədə təmin edilsin: “Yəqin siz də bilirsiniz ki, əvvəlki illərdə əlil olan insan gərək gəlib hər il sübut etməli idi ki, o əlildir. Eyni zamanda arayış və əllilik dərəcəsini almaq üçün gəlməli idi. İndi aparılan islahatlar bu vəziyyəti köklü şəkildə dəyişib.
Bununla bərabər bəzi hallarda əlil olmayan insanlar əllilik dərəcəsini almaq üçün müxtəlif işlərlə məşğul olurdu. Əlbəttə, bu, dözülməz bir haldır. Vətəndaşlar məsuliyyətli olmalıdırlar.
Əlbəttə burada bəzi dövlət məmurları çox nalayiq işlərlə məşğul idilər. Ona görə, bu sahədə ciddi nəzarət olmalı, qayda-qanun yaradılmalıdır. Və ictimai nəzarət də mütləq burada öz rolunu oynamalıdır. Ehtiyac içində yaşayan insanlar, sosial yardıma ehtiyac olan insanların problemi daim diqqət mərkəzindədir”.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO