Azərbaycan İdeyası

Ermənistanda iki qız Azərbaycana casusluqda ittiham olunur

Tarix:21-01-2016, 10:51
Baxış Sayı:296

Ermənistanda iki qız Azərbaycana casusluqda ittiham olunur


Ermənistanda iki qız guya Azərbaycanın xeyrinə casusluq barədə məlumatı gizlətməkdə ittiham olunur. Təqsirli bilinən 18 yaşlı Diana Qoroyan ittihamı rədd edib.
"Korrupsiya və Qanun" saytı virtual.org-a istinadən xəbər verir ki, "Ermənistan xəbərləri"nə bu barədə qızın vəkili Liana Qasparyan məlumat verib. "Müdafiə etdiyim şəxsdə belə bir məlumat olmayıb və cinayət işində onun müqəssir olduğunu sübuta yetirən fakt yoxdur", - deyə vəkil bildirib.
Diana Qoroyana qarşı ittiham irəli sürülən zaman onun 17 yaşı var idi. Məhkəmənin iş üzrə birinci iclası yanvarın 25-də İrəvanda keçiriləcək. Prosesin qapalı keçiriləcəyi istisna edilmir.
Diana Qoroyan əmisi qızı Karine Qumaşyanın guya Azərbaycan xüsusi xidmət orqanlarının nümayəndəsi olan Armanla tanışlığından xəbəri olmasında ittiham edilir. Qız bunun dövlətə xəyanət olduğunu bilərək gizlətdiyi və hüquq-mühafizə orqanlarına xəbər vermədiyi üçün günahkar bilinir.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub