Azərbaycan İdeyası

Monteneqro Azərbaycanla əməkdaşlığı dərinləşdirir

Tarix:23-05-2016, 20:58
Baxış Sayı:862

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Monteneqronun müstəqilliyinin 10 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlərdə iştirak etmək üçün mayın 20-dən 22-dək bu ölkənin paytaxtı Podqoritsa şəhərində səfərdə olub.

Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində mayın 21-də O.Əsədov Monteneqro Prezidenti Filip Vuyanoviçlə görüşüb. Görüşdə parlamentin sədri Müstəqillik günü münasibətilə dost Monteneqro dövləti və xalqını Azərbaycan Prezidenti cənab İlham Əliyevin adından, eləcə də Azərbaycan xalqı adından təbrik edib. Söhbətdə bildirilib ki, yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Sədr qeyd edib ki, ölkələrimiz arasındakı iqtisadi sahədəki göstəriciləri yüksəltmək üçün biznes-forumların keçirilməsi, iş adamları arasında əlaqələrin təmin olunması mühüm əhəmiyyət kəsb edir: "Bu baxımdan biz hökumətlərarası iqtisadi komissiyanın yaradılmasını da müsbət hal kimi dəyərləndiririk. Bu gün Azərbaycan enerji sahəsində Avropanın etibarlı tərəfdaşıdır. Cənub Qaz Dəhlizinin reallaşdırılması istiqamətində mühüm addımlar atılmaqdadır".

O.Əsədov münasibətlərimizin inkişafında parlamentlərin mühüm rol oynadığını söyləyərək deyib: "Biz hər iki ölkənin qanunvericilik orqanında parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının mövcud olmasını yüksək qiymətləndiririk".

Söhbətdə Dağlıq Qarabağ münaqişəsindən söz açan spiker söyləyib ki, nüfuzlu beynəlxalq qurumların bu məsələ ilə əlaqədar qərar və qətnamələrinə məhəl qoymayan Ermənistan işğalçılıq siyasəti yeritməkdə davam edir: "Biz inanırıq ki, beynəlxalq birliyin dəstəyi ilə münaqişə ölkələrin ərazi bütövlüyü prinsipi çərçivəsində tezliklə öz ədalətli həllini tapacaq".

Monteneqro Prezidenti F.Vuyanoviç Azərbaycan nümayəndə heyətinin ölkənin Müstəqillik günü münasibətilə keçirilən yubiley tədbirlərinə qatılmasını yüksək dəyərləndirib. Bildirilib ki, onun təmsil etdiyi ölkə Cənubi Qafqazın bu bölgəsi ilə həyatın müxtəlif sahələrində əməkdaşlığı dərinləşdirmək niyyətindədir.

Söhbətdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, regional münaqişələrin aradan qaldırılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmin gün Monteneqronun paytaxtında ölkənin müstəqillik qazanmasının 10 illiyi münasibətilə ədəbi-bədii kompozisiyalardan ibarət tədbir keçirilib. Azərbaycan nümayəndə heyəti də tədbirdə iştirak edib.

Səfər çərçivəsində Milli Məclisin sədri O.Əsədov Azərbaycanın böyük şairi Hüseyn Cavidin şərəfinə Podqoritsa şəhərinin Mərkəzi parkında qoyulmuş büstünü ziyarət edərək, abidənin önünə tər çiçəklər düzüb. Park Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2013-cü ildə yenidən qurulub.

Monteneqroda keçirilən tədbirlərdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.
Monteneqro Azərbaycanla əməkdaşlığı dərinləşdirir [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.