Azərbaycan İdeyası

Ulduz müharibələri qayıtdı: ABŞ Rusiyanın nüvə raketini kosmosda vuracaq - FOTOLAR

Tarix:30-05-2016, 14:57
Baxış Sayı:342

ABŞ-ın raketdən müdafiə agentliyi və Pentaqonun podratçısı “Reyteon” şirkəti ballistik raketləri kosmosda aşkarlayıb məhv etmək üçün nəzərdə tutulan SM-3 raketinin yeni modifikasiyasını sınaqdan keçirir.

Virtualaz.org Qərb mətbuatına istinadən xəbər verir ki, sınaqlar başa çatdıqdan sonra raketlər tezliklə ABŞ-n Avropada raketdən müdafiə sisteminin tərkib hissəsi kimi Polşa ərazisində yerləşdiriləcək. Rusiya prezidenti Vladimir Putin isə ABŞ-ın bu addımlarına cavab olaraq Polşanın Rusiya nüvə raketlərinin hədəfinə çevrildiyi haqda xəbərdarlıq edib.

SM-3 raketlərinin eni modifikasiyası olan SM-3IIA raketi orta və yaxın mənzilli ballistik raketlərin kosmik hündürlüklərdə aşkar edilərək kinetik zərbə ilə məhv edilməsi üçün nəzərdə tutulub. Raketlərin Polşada yerləşdirilməsi Pentaqonun Avropada raketdən müdafiə proqramının bir hissəsi olan “Aegis Ashore” sisteminin tərkib hissəsi olacaq. Bundan əvvəl Pentaqon həmin sistemin elementlərindən birini-“Aegis” sahil kompleksini Rumıniya sahillərində yerləşdirib.
 Ulduz müharibələri qayıtdı: ABŞ Rusiyanın nüvə raketini kosmosda vuracaq - FOTOLAR
Pentaqon bildirir ki, SM-3IIA raketləri Rusiya, İran və digər bu kimi ölkələrin potensial raket hücumlarından Avropanın müdafiəsi üçün nəzərdə tutulub. Həmin raketlər Avropadakı hədəflərə buraxılan ballistik raketləri kosmosda məhv edəcək. SM-3IIA raketliyinin özəlliyi onun döyüş başlığı daşımamasındadır. Raket hədəfi kinetik zərbə ilə məhv edir, yəni ona dəyərək parçalayır.
 Ulduz müharibələri qayıtdı: ABŞ Rusiyanın nüvə raketini kosmosda vuracaq - FOTOLAR
 Ulduz müharibələri qayıtdı: ABŞ Rusiyanın nüvə raketini kosmosda vuracaq - FOTOLAR
Pentaqonun Avropada raketdən müdafiə sistemini yerləşdirməsi Rusiyanı olduqca narahat edir. Ötən həftə prezident Vladimir Putin xəbərdarlıq edib ki, Polşa və Rumıniya Rusiya raketlərinin hədəfinə çevriləcək. Onun sözlərinə görə, Moskva dəfələrlə xəbərdarlıq edib ki, cavab tədbirləri görməli olacaq. Lakin Vaşinqton və müttəfiqləri bu xəbərdarlığa məhəl qoymur. “Əgər dünənə qədər Rumıniya ərazisinin bir hissəsində hədəfdə olmağın nə demək olduğunu dərk etmirdilərsə biz bu gün öz təhlükəsizliyimizi təmin etmək üçün müəyyən tədbirlər görməli olacağıq”-Putin deyib. “Bu xəbərdarlıq Polşaya da aiddir”-o əlavə edib.

Putin deyib ki, ABŞ Avropada raketdən müdafiə sisteminin elementlərinin yerləşdirilməsinin Rusiyaya qarşı yönəlmədiyini deyir, ancaq buna heç kim inanmır. “Biz 2000-ci illərin əvvəllərindən təkrarlayrıq ki, cavab tədbirləri görməyə məcbur olacağıq. Lakin heç kim bizi eşitmir. Bizimlə danışıqlar aparmaq istəyən yoxdur”-Rusiya prezidenti deyib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO