Azərbaycan İdeyası

Dollar etirazı...

Tarix:4-03-2015, 10:19
Baxış Sayı:507

Azərbaycanda manatın devalvasiyası, banklarda dollarla krediti olanlara daha artıq aylıq ödəniş kəsilməsi, bəzi mallarda bahalaşma kütləvi susqunluqla müşahidə edilməkdədir. Yaranmış vəziyyəti şərh edən ADP sədri Sərdar Cəlaloğlunun fikrincə, toplum vəziyyətin dəyişməsini istəyir, amma buna cəhd etmir: “Bizdə müftəxorluq var. Kimsə küçədə döyülsün, söyülsün, ancaq buna heç nə olmasın. Hamı Qarabağın azadlığını istəyir, az adam uşağını müharibəyə göndərir.


Hər kəs azad olmaq istəyir, amma azadlıq üçün küçəyə çıxmır. Yəni istəməklə istəməyə cəhd arasında ciddi fərq var. Xalq bu müşahidəçi statusu ilə demək istəyir ki, ”mənim potensialım yoxdur, yuxarıdan həll edəcəklər". Bu gün hökumət ən ağlasığmaz bir qərar versə də, yenə etiraz dalğası olmayacaq".

S.Cəlaloğlu bu halda yükün müxalifətin üzərinə düşməsində də yanlışlıq görür: “Müxalifətin sosial-iqtisadi məsələlərdə özünü qabağa verməsi zəifləməsinə gətirib çıxarıb. Bizim qabağa çıxmağımız uduzmağımızın səbəbidir. Əslində xalqların sosial-iqtisadi problemlərini həmkarlar ittifaqları həll edir, vətəndaş cəmiyyəti institutları fəallıq nümayiş etdirir. Azərbaycanda müxalifət partiyaları bunu öz üzərinə götürməklə uduzub”.

O, Milli Şuranın 15 mart mitinqini siyasi cəhətdən bəhrələnmək kimi qiymətləndirir: “Xalq özü küçələrə çıxsaydı daha yaxşı olardı. Ancaq Milli Şura öz fəallarını çıxaracaq. Onda belə görünəcək ki, əhalidə kütləvi narazılıq yoxdur. Yəni mitinqə gələn bizim elektoratdır. Kimsə deməyəcək maaş, kredit problemi olanlar gəlib. Əslində manatın devalvasiyası mərhələli şəkildə olmalı idi. Milli valyutanı uzunmüddətli saxlamaq yanlış idi. Ancaq düşünürəm ki, kreditlərin ödənişində yeni normaların qəbulunu, qiymətlərə nəzarət nəticəsində insanlar manatın kursunun aşağı düşməsini hiss etməyəcək”.

2 aprel aksiyasına görə həbs olunmuş sabiq vicdan məhbusu, müsavatçı Tural Abbaslı isə düşünür ki, xalq heç də pis güzəranla barışmır. Onun dediyinə görə, insanlar ayrı-ayrı yerlərdə, sosial şəbəkələrdə, bir-biri ilə müzakirələrdə narazılıq edir: “Xalq vəziyyətlə barışa bilməz. Çünki dolanışığı çətinləşir, övladlarına baxa bilmir. Sadəcə, müvəqqəti atəşkəs bağlayıb. Eyni zamanda xalq qarşısında bir lideri, qüvvəni görmür. Biz hər zaman xalqı passivlikdə qınayırıq. Amma nəzərə almırıq ki, insanların inamı itib. Müxalifət partiyaları artıq nəinki bir-birini, öz daxilində özlərini qırmaqla diqqət çəkir. Xalqın bu halda inamı sarsılır”.

T.Abbaslı hakimiyyətin qiymət artımına kortəbii getmədiyini fikirləşir: “Hökumət siqaretin qiyməti ilə bağlı ciddi narazılığı gördü və inzibati yolla aşağı saldı. Bu da yetimin papağını başından götürüb təkrar başına qoymaqdır. Bu cür spekulyasiya ilə xalqın qəzəbini, ehtirasını soyuda bilir. Əgər kütləvi aksiyalar keçirilməsə, manatın vurduğu zərbənin insanlara necə təsir etdiyini gündəmdə davamlı saxlamasaq, xalq bu vəziyyətlə də tədricən barışacaq”.

Yazıçı Seyran Səxavətin fikrincə, xalqı müxalifət meydana çıxarmalıdır: “Ancaq indi müxalifətin özünü meydana çıxaran lazımdır. Hələ ki bir-birini qırmaqla məşğuldurlar. Yeni heç nə olmadığı üçün adam danışmaq da istəmir. Sözə heyf olur. Ona görə də yeni şərait olmalıdır ki, nə isə deyəsən”.

S.Səxavət xalqın etiraz etməməsini belə izah edir: “Bu gün dünyanın hər yerində gedən iqtisadi proseslərdir ki, bizə də təsir edib. Görünür, xalq da bunu bilir, başını aşağı salıb işini görür. Əslində bizdə hələ çox gecikib, dünyanın hər nöqtəsində iqtisadi böhrandır. Dünya vahid orqanizmdir, ayrı-ayrı şəkildə idarə olunur”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı