Azərbaycan İdeyası

Putin Sərkisyanı hədələdi, dedi ki...

Tarix:16-06-2016, 22:27
Baxış Sayı:545

Putin Sərkisyanı hədələdi, dedi ki...
Ermənistan Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində Assosiasiya sazişini imzalamağa hazır idi. Lakin Rusiya prezidenti Vladimir Putinin hədələrindən çəkinib bunu etmədi.

Virtualaz.org xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən erməni diplomat Avropa İttifaqı məsələlərindən yazan EuObserver internet nəşrinə açıqlamasında deyib. "Biz Ukraynanın ardınca Avropa İttifaqı ilə Assosiasiya sazişini imzalamağa hazırlaşırdıq. Ancaq Rusiya prezidenti Vladimir Putinin şantajına görə son anda fikrimizdən daşındıq"-diplomat deyib.

Erməni diplomatın sözlərinə görə, Putin Ermənistan hökumətini destablizə etməklə və Qarabağ münaqişəsində Azərbaycanın tərəfini tutmaqla hədələyib. "Yəqin ki, bizim Aİ ilə sazişdən imtina etməyimiz Ukraynada baş verənlərlə müqayisədə ödədiyimiz o qədər də baha qiymət deyil"-diplomat əlavə edib.

Xatırladaq ki, Ermənistan 2013-cü ilin payızında Aİ ilə Assosiasiya sazişinin imzalaması ərəfəsində mövqeyini kəskin dəyişib. Bu, prezident Serj Sərkisyanın qəfil Moskvay çağırılmasından sonra baş vermişdi. Sərkisyan Moskvada Putinlə görüşəndən sonra elan edib ki, Ermənistan Avrasiya İttifaqına qoşulmağa qərar verib.

Sonradan məlumatlar yayılmışdı ki, Putin Sərkisyana Azərbaycan tanklarının Qarabağa doğru necə irəliləyəcəyini əks etdirən planı göstərib, deyib ki, bu halda Rusiya Ermənistanın tərəfində olmayacaq.

İndi EUObserver qeyd edir ki, Ermənistan Putinin təhdidləri qarşısında qərarını dəyişsə də aprelin əvvəllərində Qarabağda hərbi əməliyyatlar hər halda alovlandı. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO