Azərbaycan İdeyası

Ermənistanda Sankt-Peterburqda təşkil olunan görüşdən narazıdırlar

Tarix:17-06-2016, 00:03
Baxış Sayı:538

 Ermənistanda Sankt-Peterburqda təşkil olunan görüşdən narazıdırlar
"Qarabağ" klanı Rusiyanı ATƏT-siz iş görməkdə ittiham edir.
Kreml tərəfindən Sankt-Peterburqda Əliyev-Sarkisyan-Putin görüşünü təşkil edilməsi İrəvanda Vyana anlaşmasına qarşı çıxmaq kimi qəbul edilir.

ANS PRESS-in məlumatına görə, erməni KİV-də dərc olunan məqalələrin məzmunu bunu deməyə əsas verir. Rusiyanın şimal paytaxtında baş tutacaq Dağlıq Qarabağ sammitində ATƏT nümayəndələrinin olmayacağı qarşı tərəfi narahat edir.

Ötən gün ATƏT-in mətbuat katibliyinin rəhbəri Nataşa Rackoviç qeyd edib ki, sammit Rusiya Federasiyasının təşəbbüsü ilə keçiriləcək və ATƏT sammitinin təşkilində iştirak etmədiyi üçün bu barədə heç bir şərh verə bilməyəcək.

Bundan belə qənaətə gəlmək olar ki, prezidentlərin görüşü ATƏT-in Minsk qrupu çərçivəsində hazırlanmadığından bunu mayın 16-da Vyana baş tutan görüşün davamı saymaq olmaz. Erməniləri narazıı salan əsas məsələ odur ki, prezidentlərin görüşü təmas xəttində insidentlərin araşdırılması üçün Vyanada İrəvan tərəfindən təklif olunan mexanizmlər həyata keçirilmədən baş tutur. Serj Sarkisyan da bunun görüş üçün əsas şərt olduğunu vurğulamışdı.

Məlum məsələdir ki, Azərbaycan cəbhə xəttində bu cür mexanizmlərin tətbiqinin əleyhinədir, çünkü bu status kvonun saxlanılması və möhkəmləndirilməsi deməkdir. Daha əvvəl bu barədə ANS PRESS-ə açıqlama verən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də bildirmişdi: "İnsidentlərin araşdırılması mexanizminə gəldikdə Azərbaycan dəfələrlə bəyan edib ki, bu yardımçı mexanizmə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması prosesinin tərkib elementlərindən biri kimi baxıla bilər. Əks təqdirdə, bu mexanizm işğal faktına əsaslanan mövcud status-kvonun saxlanmasına xidmət edə bilər".

İndi Ermənistan istəyinin baş tutmamasına görə Rusiyanı ATƏT-siz iş görməkdə ittiham edir. Ermənistan tərəfi prezidentlərin növbəti görüşünü Vyanada irəli sürülən təkliflərin həyata keçirilməsindən sonra baş tutacağını gözləyirdi. Moskvanın bu təklifi isə erməniləri öz istəyinə zidd hərəkət etməyə məcbur edir.

Sankt-Peterburqdakı görüşün vaxtının dəqiq açıqlanması artıq hər iki tərəfin bu görüşə rəsmən razılıq verməsi deməkdir. İrəvanın danışıqların əvvəlində irəli sürdüyü şərtlər Moskvanın siyasi təzyigi qarşısında mum kimi əridi. Buna daha bir səbəb Ermənistan nümayəndə heyətinin Vyanada təklif etdiyi monitorinq mexanizminin vacibliyinin zəif əsaslandırılması idi. Danışıqlarda iştirak edən bütün tərəflər ideyanın absurdluğunu və bunun münaqişənin dondurmaq istəyindən başqa bir şey olmadığını yaxşı anlayırdı.

Bununla da, Ermənistan tərəfi sülh danışıqları prosesslərini pozmağa nail ola bilmədi. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Elmira Süleymanova vəfat etdi
Elmira Süleymanova vəfat etdi
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto