Azərbaycan İdeyası

Bakı Baqdasaryanın azad olunmasını müzakirə etməyə hazırdır - RƏSMİ

Tarix:17-06-2016, 19:20
Baxış Sayı:502

Bakı Baqdasaryanın azad olunmasını müzakirə etməyə hazırdır - RƏSMİ
“Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev, qoşunların təmas xəttində törətdiyi təxribat əməlinə görə, Azərbaycan məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilmiş Ermənistan hərbçisi Arsen Baqdasaryanın azad edilməsi məsələsini ən yaxın vaxtda BQXK-nın vasitəçiliyi ilə müzakirə edə bilərik”.

Virtualaz.org bildirir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun rəhbəri İsmayıl Axundov bunu APA-ya müsahibəsində deyib.

İ.Axundov onu da bildirib ki, itkin düşmüş, əsir-girov götürülmüş şəxslər problemi Dağlıq Qarabağ münaqişəsinin ən həssas məsələsidir. Ona görə də itkin düşmüş şəxslərin işi daim Azərbaycan prezident cənab İlham Əliyevin diqqət mərkəzindədir: “Burada vacib məsələ ilk növbədə siyahılarda dəqiqləşmə işinin tam başa çatdırılmasıdır. Cari ilin ötən müddəti ərzində aparılan araşdırmalara əsasən demək olar ki, yaxın zamanda dəqiqləşmə başa çatacaq”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.