Azərbaycan İdeyası

Rusiyaya qarşı sanksiyalar bir il də uzadıldı

Tarix:17-06-2016, 19:21
Baxış Sayı:464

Rusiyaya qarşı sanksiyalar bir il də uzadıldı
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların müddətini bir il də artırıb. Anspress-in məlumatına görə, Rusiya ilə Qərbin münasibətləri Ukraynadakı vəziyyətlə bağlı pisləşib.

Ona görə Aİ Rusiyaya qarşı üç sanksiya paketi tətbiq edib:

* 2016-cı il sentyabrın 15-dən qüvvədə olacaq individual sanksiyalar;
* İyulun 31-dək qüvvədə olacaq sektor sanksiyaları;
* İyunun 23-dək qüvvədə olmalı olan Krıma qarşı sanksiya.

Hazırda müddəti uzadılan sanksiyalar Krıma qarşı olanlardır. Aİ bu sanksiyaların müddətini 2017-ci il iyunun 23-dək uzadıb.

Rusiya sanksiyalara cavab olaraq Qərb ölkələrindən ərzaq idxalını məhdudlaşdırıb. Ərzaq embarqosu 2016-cu il avqustun 5-dək qüvvədə olacaq.

Bu il mayın 27-də G7 ölkələri Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması barədə razılığa gəlmişdilər. Bu barədə Böyük Britaniyanın baş naziri Devid Kemeron bildirmişdi.

Yaponiyada keçirilən G7 sammitinin yekunları barədə danışan Devid Kemeron "yeddiliyin" Rusiyaya qarşı sanksiyalarının iyun ayında uzadılacağını bildirmişdi.

Daha əvvəl də "Böyük 7-lik" iştirakçıları birgə bəyannamə yaymışdı. Bəyannamədə lazım gələrsə, Rusiyaya qarşı yeni sanksiyaların da tətbiq ediləcəyi qeyd edilmişdi.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov G7-nin "Minsk rasılaşmaları" ilə Rusiyaya qarşı sanksiyaların əlaqələndirilməsi haqqında səsləndirdiyi bəyanatları cəfəngiyat adlandırıb. Siyasətçi onu da əlavə edib ki, Rusiya və Ukrayna münaqişə tərəfləri deyil. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA