Azərbaycan İdeyası

Rusiyanın Xəzərdən NATO-ya verdiyi hərbi təlim mesajı

Tarix:18-06-2016, 16:33
Baxış Sayı:528

Rusiyanın Xəzərdən NATO-ya verdiyi hərbi təlim mesajı
Gələn həftənin bazar ertəsindən başlayaraq NATO Aralıq dənizində irimiqyaslı hərbi təlimlər keçirəcək. Təlimdə NATO və müttəfiq ölkələrin qoşun hissələri iştirak edəcək. Yayılan məlumatlara görə, bu təlimlər Rusiya Suriyada hərbi əməliyyatlara başlamazdan əvvəl planlaşdırılıbmış.

Təlimlərdə 36 min hərbi qulluqçunun, 230 min ədəd zirehli texnika, 140 təyyarə və 60 gəminin iştirak edəcəyi gözlənilir. Ötən həftə etdiyi çıxışnda NATO baş katibi Jens Stoltenberq Rusiya tərəfindən Suriya prezidenti Bəşər əl-Əsədə göstərilən yardımın bu ölkədə böhranın uzanmasına səbəb olduğunu qeyd etmişdi. BBC NATO baş katibinin Rusiyanı İŞİD qruplaşması ilə mübarizədə daha konstruktiv rol oynamağa çağırdığını da xatırladıb. “ABŞ, Britaniya və digər NATO ölkələri Suriya ərazisinə Rusiya tərəfindən endirilən zərbələrin yalnız cüzi hissəsinin İŞİD cihadçılarının mövgeyinə dəydiyini, qalanlarının isə Bəşər əl-Əsədə qarşı döyüşən mötədil müxalifət qüvvələrinin mövgelərinə vurulduğunu iddia edirlər. Rusiya bütün bu ittihamları rədd edir”-xəbərdə deyilir.

Rusiya isə NATO-nun planlaşdırıldığı təlimlərə Xəzərdən cavab verib. Şimal qonşumuz 20 gəmi və aviasiyanın iştirakı ilə müdafiə təlimi keçirib. Təlimlərdə “Tatarıstan” və “Dağıstan” raket gəmiləri, “Mahaçkala”, “Astraxan” və digər kiçik raket və artilleriya gəmiləri, həmçinin iki “Su-24”, “Su-25” təyyarələri iştirak edib. Qeyd edək ki, Fransa Rusiya ilə münasibətləri düzəltmək istiqamətində cəhdlər göstərsə də, Avropa Birliyi yeni sanksiyalar qərarı verib. Üstəlik, NATO ilə də münasibətlər gərgindir, Rusiya Ermənistana əlavə qüvvələr yığıb, hava məkanını da nəzarətə alıb. NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyəyə yardım üçün Aralıq dənizinə təyyarə və döyüş gəmilərinin göndəriləcəyini açıqlayıb. Buna cavab olaraq Rusiya Xəzər üzərində hərbi təlimlər keçirdi. Hətta müharibə xəbərdarlıqları var. NATO-nun Gürcüstan və Moldovadakı hərbi təlimləri də Kremli qıcıqlandırıb. Azərbaycanı da təhlükə ilə üz-üzə qoya biləcək bu gərginliklərin hara qədər davam edəcəyi suallar doğurur. Rusiya son addımı ilə nə demək istəyir, “Xəzər regionu mənimdir” deyir?

Politoloq Arzu Nağıyev: “Bidiyiniz kimi NATO-nun ba katibi Stoltenberq keçirdiyi brifinqdə bildirdi ki, NATO Rusiya ilə qarşıdurma və ya yeni “soyuq müharibə” istəmir.

Buna baxmayaraq, bir sıra üst-üstə düşməyən maraqlar da var. Misal olaraq NATO-nun Rusiya sərhədlərinə yaxın istiqamətdə bazalar yerləşdirməsi tərəflər arasındakı vəziyyəti daha da gərginləşməsinə gətirib çıxarıb. Məlumdur ki, Azərbaycan öz Silahlı Qüvvələrini NATO standartlarına uyğun olaraq qurmağa çalışır, NATO-nun bütün tədbirlərində iştirak edir, yəni bu istiqamətdə xeyli irəlliləyişlər var, lakin bu hələ Alyansa üzv olmaq demək deyil. Məhz buna görə də Rusiya bizə hər hansı bir irad tuta bilməz. Bununla yanaşı Rusiya ilə də hərbi sahədə əməkdaşlığımız var. NATO-nun üzvü olan bir sıra dövlətlərlə, o cümlədən Türkiyə ilə strateji əməkdaşlığımız və partnyorluğumuz mövcuddur. Düşünürəm ki, əsas problem də elə Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsindən qaynaqlanır. Digər vacib məsələ isə NATO-Rusiya sərhədləri də Ermənistan ərazisindən keçməsidir və bu da Azərbaycana, o cümlədən geosiyasi məsələlərə təsir edir”.

Hərbi ekspert Üzeyir Cəfərov qeyd etdi ki, yarandığı tarixdən bu yana NATO özünü keçmiş SSRİ-nin varisi sayan Rusiya ilə bağlı ən qarşısına qoyduğu məqsədlərdən bəzilərinə çatmağa çox yaxındır: “Rusiyanın hazırkı siyasi və hərbi rəhbərliyinin ardıcıl və şəxsi düşüncəmə görə kobud səhvləri, həmçinin regional və dünya çapında buraxdıqları yanlışlıqlar Şimali Alyansa imkan yaradır ki, onlar bundan maksimum istifadə etsinlər.

Ukrayna ilə bağlı sərgilənən yanlış siyasət, Suriyada üzləşdiyi iqtisadi-hərbi böhran, Türkiyə ilə az qala müharibə həddinə çatan münasibətlər və onlarla saymadığımız addımlar rəsmi Moskvanı çətin duruma salıb. Özü də bilmədən günü-gündən güclənən NATO ilə baş-başa gələn Rusiya nədənsə bu yeganə hərbi-siyası təşkilatın son vaxtlar daha da güclənməsini dərk etmək istəmir. Əlindən gələni də odur ki, müxtəlif yollarla öz narazılıqlarını dilə gətirir və hansısa adekvat addımları atacağını durmadan bəyan edir”. Amma hərbi ekspert bildirdi ki, bu, nə NATO-nu çəkindirir, nə də qorxudur: “Əksinə, NATO öz siyasətlərini yeritməkdə davam edirlər.

NATO öz təlimlərini və hazırlıqlarını elə bir masştabda keçirir ki, Rusiya buna cavab vermək istəsə belə, bu, ümumi fonda çox zəif təsir bağışlayır”. Ü.Cəfərov Xəzərdəki hərəkətliliyi adi saymadı: “Rəsmi Moskvanın maraqlı və bir qədər də qəribə olan addımlardan biri də budur ki, nədənsə Rusiya son vaxtlar aktiv şəkildə Xəzər regionunu, konkret Xəzər dənizini apardığı silahlı mübarizənin ön planına çıxardır. İŞİD-lə mübarizə çərçivəsindən Xəzərdəki hərbi donanmasının gəmilərindən açılan raket zərbələri şəxsən mənə çox gözlənilməz təsir bağışladı. Axı, Suriyaya və o regiona daha yaxın, daha əlverişli Aralıq və digər dənizlər olduqları halda, niyə məhz Xəzərdən atəşin açılması və bunu bütün dünyaya car çəkməsi də bir qədər suallar doğurdu. Daha çox məhz Azərbaycanın adı ilə tanınan Xəzər dənizinin Rusiya tərəfdən ön hədəflərə çıxarılmasının da arxasında ola bilsin ki, hansısa siyasi və ya hərbi məqsədlər qoyulmuşdu.

İndi də ən stabil və sakit, karbohidratlarla, enerji resursları ilə zəngin olan su hövzəsi üzərindən hərbi təyyarələrin uçuşu da sıradan adi bir hal sayılmamalıdır. Demək, ortalıqda hansısa bir ciddi planlar mövcuddur ki, Rusiya tərəfi Xəzərlə bağlı son vaxtlar vəziyyəti daha da gərginləşməyə meyilli kimi təsir bağışlayırlar. Necə deyərlər, Allah daha betərindən saxlasın. Çünki belə davam edəcəksə, hesab edirəm ki, həm Azərbaycan, həm də Xəzəryanı ölkələr su akvatoriyasında öz hərbi dəniz qüvvələrinin daha da müasir silah-sursatlarla, digər hərbi avadanlıqlarla təmin edilməsi üçün təcili addımlar atmağa məcbur olacaqlar. Ən azından hadisələrin inkişafı belə düşünməyə əsas verir”.

Yeri gəlmişkən, iyunun 13-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan ikinci dərəcəli sərhəd gözətçi gəmisi və yeni istifadəyə verilən müasir itisürətli qayıqlarla tanış olmuşdu. Məlumat verilib ki, yeni gəmi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı kompleks, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələri yerinə yetirə bilən və itisürətli qayıqla təchiz olunan sərhəd gözətçi gəmisinin uzunluğu 62 metrdir. Dəniz şəraitində göyərtəsinə helikopterin enməsi mümkün olan gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə ediləcək. (musavat.com) [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO