Azərbaycan İdeyası

“Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın 80 faizi razılaşdırılıb”

Tarix:5-03-2015, 15:09
Baxış Sayı:472

“Xəzərin hüquqi statusunun müəyyənləşdirən Konvensiyanın 6 maddəsi üzrə tam razılıq əldə olunub”.

APA-nın məlumatına görə, bu sözləri İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur deyib.

Onun sözlərinə görə, iki gündür Bakıda işçi qrupunun iclasında bir sıra irəliləyişlərə nail olunub: “20 il ərzində aparılan müzakirələr yaxın zamanlarda yekun razılaşmanın əldə olunmasına şərait yaradacaq. Konvensiya layihəsinin 6 maddəsi üzrə razılığa gəlmişik. Həştərxan sammitində əldə olunan razılaşmalar və sənədlər Konvensiya layihəsində öz əksini tapacaq. Xəzər üzrə hüquqi rejimin təmin olunması ilə yanaşı, Azərbaycanla ikitərəfli münasibətlər sahəsində də müzakirələr apardıq. Regionda xeyli münaqişə və böhranlar var. Biz imkan verməyəcəyik ki, sülh və əmin-amanlıq dənizi olan Xəzərə bu münaqişələr girə bilsin”.

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov da Xəzər dənizi ölkələri arasında qarşılıqlı etimad və sabitlik mühitinin mövcudluğunun Xəzər hövzəsində məsələlərin danışıqlar yolu həllinə imkan verdiyini qeyd edib. Onun sözlərinə görə, Xəzər dənizi Xəzəryanı ölkələrin mənafeyinə, maddi və sosial rifahının yüksəlməsinə xidmət edir: “Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın əksər maddələri, demək olar ki, ümumilikdə 80 faizə qədəri razılaşdırılıb. Bəzi maddələr üzrə detalların razılaşdırılması üçün də Astana sammitinə qədər işçi qruplarının görüşlərini davam etdirəcəyik”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO