Azərbaycan İdeyası

Millətin elçisi, əsgəri, vəkili...

Tarix:5-03-2015, 15:11
Baxış Sayı:502

Əsrlərdir, Türkiyə-Azərbaycan qardaşlığı iki dövlət tərəfindən qorunub mühafizə olunub və bu, çoxlarının başlıca probleminə çevrilib. Dili, dini, hətta coğrafiyası oxşar olan bu iki gözəl məmləkətin insanları tarixdə ən ağrılı və acılı günlərdə bir-birinə qardaş köməyini əsirgəməyib. Hətta dar günlərində, düşmənlə üz-üzə dayananda belə biri digərinin ərazi bütövlüyü uğrunda canlarını belə fəda ediblər. Bu birlik və bərabərliyin, qardaşlığın qorunaraq gələcək nəsillərə ötürülməsi yolunda şərəfli mücadilə verən istər Türkiyə, istərsə də Azərbaycan tərəfindən mütərəqqi fikirli dövlət və ictimaiyyət nümayəndələrinin misilsiz xidmətləri olub və bu gün də var.

Haqqında söz açacağım belə dövlət adamlarından biri də qardaş Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmış qardaşım Hulusi Kılıçdır.

Hulusi Kılıç Azərbaycanda çalışdığı müddətdə öz nümunəvi davranışları ilə Türkiyə dövləti adına böyük elçi statusunda bütün əməli fəaliyyətində Türkiyənin Azərbaycanda həqiqi aynası ola bildi. O, Türkiyə-Azərbaycan qardaşlığının siyasət naminə deyil, könül duyğuları ilə qırılmaz tellərlə bağlılığını hər fürsətdə bizlərə göstərə bilən səfir oldu. Səfir Hulusi Kılıçın hər zaman “Mən millətin səfiriyəm!” söyləməsi qədirbilən millətimizin yaddaşında dərin və qırılmaz izlər buraxıb. Onun işğal altında olan torpaqlarımızın azadlığı naminə diplomat olaraq göstərdiyi şərəfli fəaliyyət isə tamam başqa bir mövzudur. Vəfada örnək, dostluqda sədaqətli, öz dövləti adına başucalığı gətirən bu şəxsiyyət həm də Azərbaycan sevdalısıdır. Onun hər zaman “Mənim ikinci vətənim Azərbaycandır!” söyləməsi millətini sevən hər kəs üçün qürurvericidir.

Hulusi Kılıç Türkiyə dövlətinin Azərbaycana təyin etdiyi o elçidir ki, burada çalışdığı müddətdə istər dövlət, istərsə də ictimaiyyətin bütün qəbul olunan təmsilçilərinə qapısı hər zaman açıq idi. Onun dövlət rəsmiləri ilə, eləcə də yüz illərdir ki, xalqımızın and yerinə çevrilən, mənim də təmsil etdiyim Əhli-Beyt mənsubları, qazi, şəhid ailələri, ölkə ziyalıları ilə olduqca doğma, isti münasibət qurması, onları hər zaman diqqətdə saxlaması bizlərdə Türkiyəyə bağlı olan qırılmaz telləri daha da möhkəmlədə bilmişdir.

Hulusi Kılıçın Türk-İslam dünyasına nümunəvi sayıla biləcək ailə başçısı olması isə daha sevindiricidir. Onun dəyərli, ziyalı həyat yoldaşı olan Günay xanımın burada olduğu müddətdə Türkiyə xanımları adına örnək fəaliyyətləri isə onu tanıyan bütün azərbaycanlı qadınlar tərəfindən təqdir edilib, bu gün də ölkəmizdə alqışlanmaqdadır. Hulusi Kılıçın hər iki övladının millət və dövlət adına uğur gətirən övladlar kimi yetişdirməsi isə bu dövlət adamının nə qədər dövlətinə və millətinə bağlı olduğunun əyani sübutudur.

Hülusi Kılıç Azərbaycanın dərdini öz ağrısı kimi çəkir. Bir neçə gün öncə Xocalı faciəsi ilə bağlı müraciət ünvanlayan yenə odur. O, Ankarada Azərbaycanlı tələbələrə hər zaman qayğı göstərən elçidir. Hulusi Kılıç həm də tarixin yaddaşında qalan tək böyük elçidir ki, Azərbaycan Prezidenti tərəfindən xidmətlərinə görə “Dostluq ordeni” ilə təltif edilib.

O, həm də Azərbaycan mətbuatının dostu olub. Hətta milli mətbuatımız Hülusi Kılıçın Türkiyədəki fəaliyyətini, sanki Azərbaycanda çalışırmış kimi, yaxından izləyir.

Bir həqiqəti yazmağı özümə borc bilirəm ki, hörmətli Hulusi Kılıç buradakı vəzifəsini bitirib Ankaraya döndüyü zaman yüzlərlə Azərbaycanın fikir adamları onun ana Vətəni Türkiyəyə geri qayıtmasına məyus oldular. Bu gün millətin elçisi olan Hulusi Kılıçın yeri hər bir an görünməkdədir.

Hulusi Kılıçın qardaş Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkilliyinə namizəd olmasını, siyasi əqidəsindən asılı olmayaraq, Türkiyəni sevən hər kəsin uğuru kimi qiymətləndirirəm. Düşünürəm ki, millətinə, dövlətinə, bayrağına bağlı olan peşəkar diplomat, əxlaqda nümunəvi Türk dövlət adamı olan Hulusi Kılıçın millətin səfirliyindən millətin vəkili statusunu qazanması Türkiyə Cümhuriyyətinin haqq sevər və ədalətli olan hər bir şəxsi üçün uğurlu şansa çevriləcək.

Azərbaycan xalqının and yeri olan və şəcərəsi bəlli Əhli-Beyt mənsubları, xüsusilə rəhbərlik etdiyim Qarabağ Seyid Ocaqları hər zaman vəfalı dost, örnək dövlət adamı olan Hulusi Kılıça dualarını əskik etməyib. Məmləkətini və millətini sevən Türk dövlət adamı olan Hulusi Kılıça Azərbaycanda minlərlə insanın sevgisi həm də Türkiyəyə sevgi deməkdir. Bu dualar və sevgilər hər zaman sizinlədir, Əziz Dost!

Seyid Camal Əzimbəyli [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO