Azərbaycan İdeyası

Putinin hərbi blokundan Qarabağ bəyanatı

Tarix:4-07-2016, 22:11
Baxış Sayı:598

Putinin hərbi blokundan Qarabağ bəyanatı
"Dağlıq Qarabağ münaqişəsi regionun təhlükəsizliyi üçün zərbədir".

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat qəbul edib. ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İrəvanda keçirdiyi brifinqdə deyib.

İclasda həmçinin Suriya münaqişəsi ilə bağlı da bəyanat qəbul edilib.

"Dağlıq Qarabağ münaqişə zonasında gərginliyin azaldılması, vəziyyətin stabilləşdirilməsi və sülh prosesinin irəliləməsini nəzərdə tutan şəraitin yaradılmasına dair 16 may Vyana və 20 iyun Sankt-Peterburq sammitlərində əldə edilmiş razılaşmalara dəstəyimizi ifadə edirik. Dağlıq Qarabağ probleminin istisnasız olaraq sülh yolu ilə həlli zərurətini təsdiqləyərək biz ATƏT-in Minsk qrupu ölkələrinin münaqişənin beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi, Helsinki Yekun Aktında əksini tapan güc tətbiq etməmək və güclə hədələməmək, ərazi bütövlüyü, xalqların öz müqəddəratını həll etmək prinsipləri əsasında həlli cəhdlərini alqışlayırıq", - deyə bəyanatda bildirilir.

Təşkilat yeni iclasın oktyabr ayında İrəvanda keçirilməsi ilə bağlı qərar qəbul edib.

İclasda Rusiyanın xarici işlər naziri Sergey Lavrov və təşkilatın baş katibi Nikolay Bordyuja da iştirak edib.

Nikolay Bordyuja iclasda çıxışı zamanı deyib ki, Dağlıq Qarabağ münaqişəsi regionun təhlükəsizliyi üçün zərbədir. “Biz bu məsələni müzakirə edib bəyanat qəbul etmişik”.

Rusiyanın təşəbbüsü ilə yaradılan təşkilatın ildə bir neçə dəfə müxtəlif formatlarda iclası keçirilir. Hərbi təşkilata Belarus, Rusiya, Ermənistan, Qırğızıstan, Qazaxıstan və Tacikistan daxildir.

Təşkilatın nizamnaməsinə görə üzv dövlətlərdən hər hansı birinə qarşı hərbi təcavüz faktı qeydə alınarsa, o zaman dövlətlər təcavüzkara qarşı birgə addım atmalıdır.

Ermənistan isə təşkilatın bu imkanlarından Dağlıq Qarabağ münaqişəsi üçün istifadə etmək istəyir. Amma aprel ayında baş verən hərbi əməlliyatlar zamanı təşkilata daxil olan dövlətlərin əksəriyyəti Ermənistanı dəstəkləməkdən açıq şəkildə imtina etdi.

Dövlətlərin bu addımı Ermənistan rəhbərliyinin kəskin etirazına səbəb olmuşdu. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HomeRenobib 25 may 2023 11:04
  Жалоба     
renovate my bathroom Mississauga Canada
https://pinterest.ca/homerenostoronto

bedroom restoration Markham Canada
renovate my kitchen Toronto Canada
in home renovation Toronto Canada

kitchen makeover Scarborough Canada

property in need of renovation Scarborough Canada
kitchen rehab
home reconstruction Toronto Canada

<a href=https://www.pinterest.ca/homerenostoronto>new kitchen renovation North York Canada</a>

renovate my house Mississauga Canada
new bathroom Oakville Canada
i want to renovate my kitchen Etobicoke Canada


#eZ5OKAYrV5acqAeL7
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb