Azərbaycan İdeyası

Əflatun Amaşov veteran jurnalisti ziyarət edib

Tarix:6-03-2015, 16:35
Baxış Sayı:757

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və Şuranın Ahıl Jurnalistlər Məclisinin üzvləri 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində 75 yaşı tamam olan veteran jurnalist Mənsurə Mənsurova-Əfəndiyevanı yaşadığı mənzilində ziyarət ediblər.

APA-nın məlumatına görə, ziyarət zamanı MŞ sədri Əflatun Amaşov Şuranın ahıl jurnalistlərlə bağlı gerçəkləşdirdiyi “Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcək üçün təcrübə qaynağımızdır” layihəsi barədə məlumat verib. Bildirib ki, peşəkar fəaliyyəti məhdudlaşmış, xüsusi diqqətə ehtiyacı yaranmış veteran jurnalistlərə qayğı göstərilməsini nəzərdə tutan layihənin davamlılığı üçün başlıca səbəb gənc nəslin yaşlı qələm sahiblərinin örnək mahiyyət daşıyan həyat yolu barədə daha məlumatlı olmasına duyulan ehtiyacdır.

Sonra Ə. Amaşov uzun illər ölkə nəşriyyatlarında səmərəli fəaliyyət göstərmiş M. Mənsurova-Əfəndiyevaya Mətbuat Şurasının diplomunu təqdim edib.

Xatırladaq ki, M. Mənsurova-Əfəndiyeva 1962-1994-ci illərdə “Elm” nəşriyyatında və “Azərnəşr”də yüzlərlə kitabın redaktoru, elmi-populyar mövzularda bir sıra kitabların tərcüməçisi və tərtibçisi olub. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO