Azərbaycan İdeyası

Müsavatda növbəti QALMAQAL: Vuğun Əyyubu siyahıdan sildilər

Tarix:10-03-2015, 12:44
Baxış Sayı:544

ndiyə qədər Müsavat Partiyasının 50-yə qədər seçki dairəsi üzrə deputatlığa ilkin namizədləri müəyyənləşsə də, seçkilərdə iştirak etmək niyyətində olan Müsavat Partiyasının Məclis üzvü, Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin birinci müavini Vurğun Əyyubun adı namizədlər siyahısında yoxdur.

V. Əyyub APA-ya açıqlamasında Müsavat Partiyası Suraxanı rayon təşkilatının 30 saylı Suraxanı Birinci Seçki Dairəsi üzrə onun namizədliyini müdafiə etdiyini deyib. O, rayon təşkilatının bununla bağlı Müsavat Partiyasının rəhbər orqanlarına müraciət etdiyini bildirib: “Suraxanı rayon təşkilatı bu barədə məndən soruşub, münasibətimi öyrənib. Hələ ki deputatlığa namizəd olmaq fikrindəyəm”.

Müsavat Partiyasında deputatlığa namizədlərlə bağlı məsul şəxs təyin olunan və müraciətləri qəbul edən Müsavat başqanının müavini Gülağa Aslanlı isə APA-ya açıqlamasında indiyə qədər Müsavat Partiyasının 50-yə qədər seçki dairəsi üzrə deputatlığa ilkin namizədlərinin müəyyənləşdirildiyini, bunun Müsavat PartiyasıMəclisinin növbəti iclasında müzakirəyə çıxarılaraq təsdiqlənəcəyini söyləyib. G. Aslanlı bəyan edib ki, hansısa dairədən deputatlığa namizəd olmaq istəyən partiya üzvü bu barədə arzusunu bildirməlidir. O, namizəd olmaq istəyən partiya üzvlərinin bu istəklərini ən geci seçki kampaniyasına 1 ay qalana qədər bildirmələrini məqsədəuyğun saydıqlarını qeyd edib. G. Aslanlı partiyada narazıları təmsil edən V. Əyyubun, o cümlədən Müsavat Partiyası Qadınlar Birliyinin sədri Ellada Məmmədlinin namizədliklə bağlı müraciətlərinin olmadığını açıqlayıb: “Kim namizəd olmaq istəyirsə, mütləq özü bu barədə partiyaya müraciət etməlidir. Bu, birmənalıdır”.

Şəxsən partiyaya müraciət edib-etməyəcəyi barədə sualı cavablandıran V. Əyyub rayon təşkilatının onun namizədliyi ilə əlaqədar partiyaya müraciət etdiyini bir daha təkrarlayıb: “Mənim cavabım bundan ibarətdir”.

E. Məmmədli isə deputatlığa namizəd olmayacağını bəyan edib: “Deputatlığa namizəd olmaq üçün partiyaya müraciət etməmişəm. Çünki indiki durumda deputatlığa namizəd olmaq niyyətim yoxdur”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova vəfat etdi
Elmira Süleymanova vəfat etdi
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO