Azərbaycan İdeyası

Deputat: "Sahibkarların yoxlanılması iş yerlərinin bağlanmasına gətirib çıxarır"

Tarix:19-10-2015, 17:53
Baxış Sayı:484

Sahibkarlığın inkişafına qarşı süni maneələrin yaradılmasını aradan qaldırmaq üçün daha geniş addımların atılması gözlənilir.
Bunu "Korrupsiya və Qanun" qəzetinə istinadən Trend-ə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, millət vəkili Fuad Muradov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının korrupsiya və rüşvətxorluqla bağlı çıxışına münasibət bildirərkən deyib.
Prezident İlham Əliyevin iclasda səsləndirdiyi fikirləri təqdirəlayiq hesab edən F.Muradov qeyd edib ki, sahibkarların tez-tez yoxlanılması bir çox məsələlərə mənfi təsirini göstərir: "Bəzi yoxlama qurumlarının orta və kiçik sahibkarlığa maneələr törətməsi dövlət büdcəsinə, insanların gündəlik həyatına təsirsiz ötüşmür. Bu cür yoxlamalar iş yerlərinin bağlanmasına gətirib çıxarır. Bu gün ən vacib məsələlərdən biri kiçik və orta sahibkarlığa dəstəkdir. Ona görə də prezident İlham Əliyev iclasda bu istiqamətdə çox ciddi tapşırıqlar verdi və inanıram ki, müvafiq sturkturlar bundan çox ciddi nəticə çıxaracaqlar". [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.