Azərbaycan İdeyası

İlham Əliyev tapşırıq verdi - Ermənilər KVN-dən uzaqlaşdırıldı

Tarix:17-01-2017, 16:32
Baxış Sayı:389

İlham Əliyev tapşırıq verdi - Ermənilər KVN-dən uzaqlaşdırıldı

Xəbər verdiyimiz kimi, “Şən və Hazırcavablar klubları”nın Rusiyanın Soçi şəhərində baş tutan 28-ci beynəlxalq festivalına Dağlıq Qarabağdakı separatçı rejimin komandaları da dəvət olunmuşdu. Məsələ ilə bağlı Azərbaycan XİN-i və Gənclər və İdman Naziriyi etiraz bəyanatı yaymışdılar.
Korrupsiya və Qanun saytı xəbər verir ki, Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov qondarma rejimi təmsil edən komandaların siyahıdan çıxarılması ilə bağlı ölkə başçısının birbaşa tapşırıq verdiyini qeyd edib. Bu barədə o, facebook sosial şəbəkəsindəki hesabında yazıb:
“Bir neçə gündür ölkə mətbuatında Dağlıq Qarabağın KVN komandalarının beynəlxalq festivalın iştirakçılarının siyahısından çıxarılması ilə bağlı atılan addımlar haqqında məlumatlar yayılır. Amma nazirliklər bu addımları ölkə başçısının tapşırığından sonra atdıqlarını qeyd etsəydilər onda ədalətli olardı”.
Qeyd edək ki, ötən gün Gənclər və İdman Nazirliyinin yaydığı məlumata görə, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən “С хлебом и солью” və “DeleYaman” komandalarının iştirakı yalnız 500 komandanın qatıldığı və 10-14 yanvar tarixlərində aparılan seçmə mərhələsi ilə məhdudlaşıb. Həmin komandaların növbəti tura keçmələrinin qarşısı alınıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO