Azərbaycan İdeyası

Milli Məclis toplanır- Sonuncu iclas

Tarix:20-10-2015, 10:47
Baxış Sayı:548

Bu gün Milli Məclisin IV çağırışının son iclası keçiriləcək.
"Korrupsiya və Qanun" qəzetinə istinadən Femida.az xəbər verir ki, iclasın gündəliyinə 34 məsələ daxil edilib. İclasda ilk olaraq "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri müzakirə olunacaq.
Bundan başqa, iclasın gündəliyində Azərbaycanın bir neçə ölkəylə imzaladığı sazişlərin təsdiqi, eləcə də Milli Məclisin və Hesablama Palatasının 2016-cı il üçün xərclər smetasının müzakirəsi Vergi, Mülki Prosessual, Miqrasiya, Cinayət, İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi nəzərdə tutulub.
"Dövlət rüsumu haqqında", "İcra haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında", "Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında", "İnformasiya əldə etmək haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Avtomobil nəqliyyatı haqqında", "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilən "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikası qanununun layihəsi də gündəlikdə yer alan məsələlər sırasındadır.
Milli Məclis Bakı və Gəncə apellyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi məsələsinə də baxacaq.
Xəbərin oxunma sayı : 142 [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO