Azərbaycan İdeyası

Eldar Mahmudovun işdən çıxarılması: sirlər açılır

Tarix:21-10-2015, 10:48
Baxış Sayı:642

Əqidəsinə və baxışlarına uyğun davranın insanın ləyaqətli, ədalətli şəxs olduğunu düşünməyə tələsməyin. Əvvəlcə onun əqidəsinin ləyaqətli olub-olmadığını yoxlayın"

(F.Dostoyevski)

"Korrupsiya və Qanun" qəzetinin aldığı məlumata görə Milli Təhlükəsizlik Nazirliyinin başçısı Eldar Mahmudovun vəzifəsindən kənarlaşdırılması və bu qurumun bir sıra yüksək vəzifəli çinovniklərinin - zabit yazmaq düz olmazdı, çünki onların baxışları zabitəli, çiyinləri paqonlu olsa da, əməlləri zabit ləyaqətinin çərçivəsindən çox uzaqdı - saxlanması son günlər ölkədə ən çox müzakirə olunan məsələdir.
Bu olayı anlamağa çalışırlar.
Mediada ən müxtəlif versiyalar, ən fərqli proqnozlar, ziddiyyətli ehtimallar var.
Anlaşılandır.
İşdən çıxarılan Eldar Mahmudov ölkənin kənd təsərrüfatına və ya kommunal strukturuna cavabdeh deyildi.
Amma görünən budur ki, artıq sabiq nazir Azərbaycanın milli təhlükəsizliyinin təminatını elə kənd təsərrüfatının bilicisi səviyyəsində anlayıb, başçılıq etdiyi qurumdakılar isə özlərini az qala kommunal strukturda hiss ediblər.
Nazir belə istəyib, buna çalışıb.
MTN-in ilin əvvəlindən bəri yaydığı bəyanatları, yəni məmur lüğəti ilə desək, "press-reliz"ləri xatırlayın.
Qanunsuz kolbasa sexi aşkarlanıb, saxta araq satanlar tutulub, 3 qram narkotik vasitənin aşkarlanması üçün xüsusi əməliyyat keçirilib, saxta pulkəsənlər saxlanılıb, radikal dini qruplaşmaların üzvləri tutulub və sair və ilaxır.
Milli Təhlükəsizlik Nazirliyi ciddi strukturdur və o, bilavasitə ölkənin üzləşdiyi təhdidlərin qarşısını almalı, dövlətin və vətəndaşların təhlükəsizliyinin təminatı üçün bütün zəruri addımları atmalıdır.
Bu nazirliyin əməkdaşlarının xarici ölkələrdəki həmkarlarını "gözəgörünməz mühafizlər" adlandırırlar.
Amma Azərbaycanda tam tərsinə idi.
Eldar Mahmudov əməkdaşlarına ya belə göstəriş vermişdi, ya onun göstərişlərindən əməkdaşlar elə nəticə çıxarmışdılar - dəqiq bəlli deyil - amma faktdır ki, cəmiyyətin çirkinliklərinin qarşısını almağa çalışdıqlarını düşünən neoçekistlərimiz çirkabları təmizləməyə başlamışdılar və olmuşdular kommunal təsərrüfat əməkdaşlarının yeni formatdakı təzahürləri.
Onlar çirkab qismində pulu görürdülər və pulu çox olanları da həmin nəsnədən qurtarmağa can atırdılar.
Sahibkarların sürəkli olaraq MTN-ə "söhbət"ə çağırılmaları, belə dəvətlərin sonradan başağrısına çevrilməməsi üçün səslənən "təklif"lər ahəstə şəkildə reketə və quldurluğa çevrilirdi.
Soyulanlar, qarət olunanlar, "haqq və hörmət" edilməsi əmrləri ilə üzləşənlər susurdular.
Qorxurdular, çünki MTN-dən harasa, kiməsə şikayətlənməyi ağıllarına da gətirmirdilər.
Beləcə, Eldar Mahmudovun bilavasitə idarəetmə taktikası sayəsində MTN-in bir sıra əməkdaşları özlərini az qala Haitidəki tonton-makutlar, Suriyadakı "Muhabarat" işçiləri kimi hiss edirdilər.
Nazirliyin yüksək rütbəli işçiləri varidatlarını artırır, şirkətlər açır, banklardan "güzəştli" kreditlər götürür, ölkə büdcəsini faktiki talamaqla məşğul olurdular.
Fantasmaqoriya o həddə çatmışdı ki, MTN-in əməkdaşları arasında milli təhlükəsizliyin təminatının ən təməl prinsiplərinin nə olduğunu bilməyənlərin sayı yağışdan sonra göbələk təki artmışdı.
Fəqət, onlar vəzifələrindən sui-istifadə edərək varlanmağın, kiçik və orta bizneslə məşğul olanların "hesaba oturdulması"nın yollarını əla bilirdilər.
Bu isə reket, quldurluq, başıpozuqluq idi.
Nazir Eldar Mahmudov bütün bunları bilmirdi, baş verənlərdən xəbərsizdi?
Lütfən, bu qədər sadəlövh olmayaq.
Onun işdən kənarlaşdırılmasının başlıca səbəbi də elə bu idi - yəni Xose Orteqa-i-Qassetin təbirincə desək, "ən ağır çətinliklərə dözməli olan insanları dözülməz şəxslərə çevirməsi".
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb