Azərbaycan İdeyası

Ramil Usubovdan iki mühüm təyinat

Tarix:21-10-2015, 13:52
Baxış Sayı:533

Xəbər verildiyi kimi, Suriya prezidenti Bəşər Əsəd dünən gecə Moskvaya səfər edib. Bəşər Əsəd Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb. Danışıqlar həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilib.
"Korrupsiya və Qanun" qəzeti “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Peskov danışıqlar kifayət qədər uzun sürdüyünü və danışıqların mövzusunun tamamilə aydın olduğunu deyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, danışıqlarda Suriyadakı vəziyyət, terror qruplaşmaları ilə mübarizə və hərbi əməliyyatının davam etdirilməsi müzakirə olunub.
Suriya prezidentinin Moskvaya səfəri gözlənilməz olsa da, ekspertlər hesab edir ki, hansısa məxfi danışıqlardan danışmaq çətindir. Rusiyanın “Mill müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib ki, format mövcud şərait üçün tamamilə təbiidir. O, Əsəd-Putin görüşündə heç bir məxfiliyin olmadığını dilə gətirib.
“Görünür bağlı qapılar arxasında İŞİD-ə qarşı hərbi əməliyyatın davam etdirilməsi, mülayim müxalifət və rəsmi Dəməşq arasında siyasi dialoqun inkişafı etdirilməsi və əlbəttə ki, bu prosesdə Rusiyanın rolu müzakirə edilib. Normal təcrübədir ki, bu cür məsələlər açıq müzakirə olunmur”, - ekspert vurğulayıb.
Korotçenko həmçinin Bəşər Əsədin ehtimal edilən marşrutu şərh edib: “Səfərin təhlükəsizliyini və Əsədin Dəməşqə müvəffəqiyyətli qayıdışı təmin etmək üçün xüsusi marşrut seçilməli idi".
Öz növbəsində istefada olan polkovnik, hərbi müşahidəçi Viktor Litovkin bildirib ki, Bəşər Əsədin Moskvaya səfərinin məxfi olması məsələsi Suriya tərəfindən qoyulması ehtimal edilir. Onun fikrincə, Əsəd Rusiya paytaxtına İraq-İran-Xəzər dənizi marşrutundan istifadə edərək gəlib.
Viktor Litovkinin sözlərinə görə, liderlərin görüşündən sonra Rusiya-Suriya birgə hərbi əməliyyatında prinsipial dəyişikliyin olacağını gözləmək lazım deyil. Litovkinin sözlərinə görə, Vladimir Putin və Bəşər Əsədin şəxsi görüşü telefonla danışmaqdan daha yaxşıdır: “Telefon söhbətini dinləyə bilərlər, amma üz-üzə görüş zamanı bunu etmək daha çətindir”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb