Azərbaycan İdeyası

Kərəm Həsənovla sabiq MTN şefi hansı şirkətə şərik imiş?

Tarix:22-10-2015, 11:16
Baxış Sayı:660

Komitə sədrinin qardaşı, deputat Malik Həsənova məxsus olan “Azinko”nun gəlirlərinin 40 faizi Eldar Mahmudova çatırmış
Sabiq MTN şefi Eldar Mahmudovun biznes şəbəkəsi ilə bağlı hər gün yeni-yeni məlumatlar ortaya çıxır. Ötən həftənin sonlarında işdən çıxarılan sabiq nazirin biznesi ilə bağlı sonuncu məlumat isə çox maraqlıdır.
Etibarlı mənbələrdən JAM.AZ-a verilən məlumata görə, Eldar Mahmudovun biznes ortaqlarından biri də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovdur. Mənbə israrla iddia edir ki, Həsənovla Mahmudov xeyli müddətdir şərikli işlər görürmüşlər. Onların sonuncu birgə proyekti isə adı bir çox qalmaqallarda hallanan “Azinko” tikinti şirkəti olub.
Məlumatda deyilir ki, Kərəm Həsənovun qardaşı, deputat Malik Həsənova məxsus olan “Azinko” Bakıda həyata keçirilən bir sıra layihələrdə iştirak edib. Bu layihələrdən biri isə Bayraq Meydanına yaxın ərazilərdəki evlərin sökülməsindən ibarət olub. Həmin vaxt vətəndaşların zorla evindən çıxması, binalarını başlarına uçurmaları da fakt olaraq məlumdur.
Mənbə bildirir ki, o zaman yarana biləcək sıxıntı və qalmaqallarla bağlı Kərəm Həsənovla Eldar Mahmudov arasında danışıq olur və sabiq MTN şefi komitə sədrini arxayın salır ki, heç bir problem yaşanmayacaq. JAM.AZ-a danışan qaynaq vurğulayıb ki, etiraz edənlərin susdurulması üçün Eldar Mahmudov Kərəm Həsənovun adamlarından istifadə edib. Amma onlara nəzarət sabiq nazirin adamları tərəfindən həyata keçirilib.
Bu əsnada o da deyilir ki, Eldar Mahmudovun dəstəyi ilə “Azinko”nun iri layihələr üzrə tenderləri udmaları da sirli məsələ hesab olunmur. Bildirlir ki, həmin vaxt Dövlət Satınalmalar Agentliyindəki adamları vasitəsi ilə tenderləri “udan” Mahmudov onları Həsənova verirmiş. Müqabilində külli miqdarda pul alırmış.
Qeyd edilir ki, Kərəm Həsənovla Eldar Mahmudovun sözügedən tikinti şirkətindəki şəriklk payları da fərqli olub. "Korrupsiya və Qanun" qzetinə istinadən JAM.AZ-a verilən məlumata görə, “Azinko”nun gəlirlərinin 40 faizi sabiq nazirə, 60 faizi isə Həsənov qardaşlarına çatırmış.
Qarşı tərəfi də dinləməyə hazırıq.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO