Azərbaycan İdeyası

Pirallahının icra baş çısı Prezidentə yalan məlumatlar verir

Tarix:24-07-2017, 17:34
Baxış Sayı:668

 Pirallahının icra baş  çısı Prezidentə yalan məlumatlar verir

İcra başçısının hazırladığı sənəd həqiqəti əks etdirmir
Pirallahı rayonunda insanların sosial durumunun ağırlaşdığı barədə Realliq.info saytında dərc olunan yazıda bəhs etmişdik. Rayona icra başçısı təyin olunandan sonra dənizkənarı ərazilərin zəbt edilməsi prosesinə razılıq verən Vasif İmanov sadə vətəndaşların torpaqlarını da zorla əllərindən aldı.
İcra başçısı insanların etirazına məhəl qoymayaraq həyata keçirdiyi qərarları ilə narazılıqların artmasına şərait yaratmaqdadır. Təsadüfi deyil ki, Vasif İmanovun rəhbərliyi dövründə SOCAR prezidenti Rövnəq Abdullayev və digər bu kimi məmurlar dəniz kənarında milyonlarla dollara başa gələn villalar ucaltmaqla yolların kəsilməsinə səbəb olmaqla, insanların istirahətinə əngəllər yaradıblar.
Məlum olduğu kimi bir neçə ay öncə ölkə başçısı, Xəzər dənizi kənarında tikilən obyekt və villaların siyahıya alınması və sahiblərinin kimliyi ilə bağlı məlumatların toplanması barədə tapşırıq vermişdi. Həmin tapşırıqdan sonra Bakının bir sıra rayon icra başçıları siyahını hazırlamaq üçün villaların kimlərə məxsus oması barədə məlumatlar toplamağa başladılar. Hamıya bəlli olan adların siyalaşması zamanı baş verənlər mediada da maraq kəsb etməkdədir. Belə ki, Pirallahı rayonunda dənizkənarı ərazilərdə tikilən obyektlərin əsl sahiblərinin adı siyahıda qeyd olunmayıb. Vasif İmanovun tapşırığı ilə Prezident aparatına yalançı məlumatlar verilib və onun hazırladığı siyahıda villa sahiblərinin adları gizlədilib.
Nəzərə alsaq ki, Pirallahı rayonunda qeyd olunan yerlərdə tikilən obyektlərin sahibləri nazirlər və nazir müavinlər, eləcədə şirkət prezidentləridir o zaman siyahının saxtalaşdırılmasının məqsədi bəlli olur.
Vasif İmanovubn “day-dayısı” hesab olunan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin isə dəniz kənarının əsl “sahib”i olduğu hamıya məlumdur. Realliq.info qeyd edir ki,Vasif İmanov SOCAR prezidentinin villasını və obyektlərini siyahıda qeyd etməyib. Bununla da ölkə başçısının tapşırığına məhəl qoymayan Vasif İmanov öz şefinin arzu və istəklərini həyata keçirib.
Rövnəq Abdullayev kimi digər məmurların da adına siyahıda rast gəlinmir. Icra başçsı bu yolla həm şəxsi maraqlarına xidmət etmiş olur, həm də əsl şefinin Rövnəq Abdullayev olduğunu təsqiq edir. Ölkə başçısına yalan məlumatlar verən Pirallahı rayon rəhbərinin bu özbaşınalığı diqqətdən yayınmamalıdır.
Prezidenti aldadan icra başçısının saxta siyahısı ilə bağlı Realliq.info rəsmi olaraq ölkə başçısına müraciət ünvanlayıb. Ümid edirik ki, Pirallahıda dənizkənarı ərazilərdə tikilən villaların əsl sahiblərinin kimliyi yenidən araşdırılacaq və Prezidentə yalan məlumatlar verən icra başçısı Vasif İmanov cəzalandırılacaqdır.
Məsələ ilə bağlı Pirallahı rayon icra hakimiyyətinın informasiya təminatı və təhlil sektoru müdiri Əhmədov Rüfətlə əlaqə saxladıq. Rüfət bəy Realliq.info – ya bildirdi ki, bizi maraqlandıran məsələ ilə bağlı heç bir məlumat verə bilməz; “Sizi sorğunuza cavab verə bilməyəcəyəm. Çünki həmin villaların və obyektlərin kimə məxsus olması barədə məlumatım yoxdur”. Icra başçısı Vasif İmanov isə zənglərimizi cavabsız qoydu.
Pirallahıda dəniz kənarında tikilən villaların kimə məxsus olduğu barədə siyahını dəqiqləşdiririk. Bununla yanaşı icra başçısının yalançı siyahısını da dərc edəcəyik.
Araşdırmalarımız davam edir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb