Azərbaycan İdeyası

Milli Məclisin “canını boğazına yığan” deputatları – SİYAHI

Tarix:9-08-2017, 14:13
Baxış Sayı:1 477

 Milli Məclisin “canını boğazına yığan” deputatları – SİYAHI


Ötən gün prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” sərəncam imzalayıb.
Prezidenti belə bir addım atmağa vadar edən nə oldu? Doğurdanmı bizim deputatların davranışlarını çərçivəyə salıb nəzarət etmək lazımdır? Xalqı təmsil edən insanlar öz davranışlarına nəzarət edə bilmir?
Hər halda bu sərəncam təsadüfi olmadı…
Bir neçə gündür ki, millət vəkillərindən biri, daha dəqiq desək, Astan Şahverdiyev öz çıxışı ilə yenə də müzakirə obyekti olmağı bacardı. Onun Baş nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin qəza törətməsi ilə bağlı xəbərə bildirdiyi münasibət qalmaqal yaratdı.
 Milli Məclisin “canını boğazına yığan” deputatları – SİYAHI
Deputatın əksər mövzulara bu cür operativ şərh verməsi Milli Məclisin İntizam komissiyasının sədri, deputat Ağacan Əbiyevi də dilə gətirdi.
“Hətta, ötən dəfə Astan Şahverdiyev fikirlərinə görə xalqdan üzr də istəmişdi. İndi yenidən qalmaqal yaradıb. Adama deyərlər, sən öz işindən danış da! Sən bu işin içində deyilsənsə, niyə yalan danışırsan? Axı kim səndən danışmağı xahiş edir? Anlaya bilmirəm ki, Astan Şahverdiyev, niyə hər yerə başını soxursan? Bu cür hadisələr çox olur. Görmədiyin şeylərə görə niyə əminliklə danışırsan? Deputat yalan danışmaz”, – deyən A.Əbiyevin bu sərt tənqidi də göstərir ki, Şahverdiyev Milli Məclisi boğaza yığıb.
“Hətta, ötən dəfə Astan Şahverdiyev fikirlərinə görə xalqdan üzr də istəmişdi” deyərkən nəyi nəzərdə tutduğunu yəqin ki, xatırladınız. Xatırlamayanlara isə bildirək ki, deputat A.Şahverdiyev Biləsuvarda məskunlaşan köçkünlər və Rusiyaya işləməyə gedən azərbaycanlılarla bağlı təhqiramiz ifadələr işlədib, onları “otxod” adlandırmışdı. Xalqı təhqir edən deputata cavab da təhqirlə gəldi. Bütün ölkə onun bu çıxışı ilə silkələndi. Deputatın ünvanına xeyli sayda tənqidi və təhqiramiz fikirlər səsləndirildi.
Böyük səs-küydən sonra İntizam komissiyasının qərarı ilə o bu ifadələrinə görə üzr istədi.
Bu dəfə məsələyə prezidentin də qarışması vəziyyətin ciddiliyindən xəbər verir.
Amma hər halda prezident belə bir sərəncamı təkcə A.Şahverdiyevi nəzərdə tutaraq imzalamayıb.
Axı belə qıcıqlandırıcı çıxışlarla səs-küy yaradan təkcə deputat Şahverdiyev deyil. Ondan geri qalmayan kolleqaları da var. Hansı ki, atasının goruna 932 adam söyüb.
Elə bilməyin ki, bu 932 adamı biz hesablamışıq. Xeyr, deputat özü bu haqda deyib. Söhbət Aqil Abbasdan gedir. O, Azərbaycanda ən çox söyülən millət vəkillərinin statistikasını da açıqlamışdı: “Azərbaycanda 3 deputatı söyürlər: Fazil Mustafanı, Hadı Rəcəblini və məni”.
 Milli Məclisin “canını boğazına yığan” deputatları – SİYAHI Milli Məclisin “canını boğazına yığan” deputatları – SİYAHI
Ağcabədidə işsizlikdən şikayət edən bir qrup şəxsə “Get soğan ək, ailəni saxla” deməsi ilə müzakirə yaradan A.Abbas saydığı 932 adamın böyük hissəsini də yəqin ki, məlum çıxışdan sonra qazanıb.
Kolleqası Hadı Rəcəbli neçə dəfə söyülüb deyə bilmərik, amma qaçqınlarla bağlı çıxışına görə xeyli tənqid olunduğu məlumdur.
O, qaçqın və məcburi köçkünlər üçün elektrik enerjisindən pulsuz istifadəyə görə limitin ləğv edilməsini, əvəzində yemək pulu və kommunal xərclərə görə ayda 36 manat müavinətin təyin edilməsini şərh edərkən qaçqınları israfçılıqda günahlandırmışdı. Deputat bildirmişdi ki, qaçqın və məcburi köçkünlər mənzilləri qızdırmaq üçün yüksək elektrik sərfiyyatı tələb edən qızdırıcılardan istifadə edib üstəlik pəncərələri də açıq qoyurlar.
Sərəncamın imzalanmasında payı olanlardan biri də yəqin ki, Hüseynbala Mirələmovdur.
 Milli Məclisin “canını boğazına yığan” deputatları – SİYAHI
“Ayağını yorğanına görə uzat. Azdır az ye, çoxdur çox ye. Adamlar var çörək yemir, ət yemir, balıq yemir ki, forma saxlasın. Çox yemək insanı tez qocaldır” deyərək xalqı pəhriz saxlamağa dəvət edən millət vəkili sərt tənqidlərə tuş gəldi.
Günlərlə gündəmdən düşməyən bu çıxışı ilə cəmiyyətin tənqid hədəfinə çevrilən H.Mirələmov isə dediklərinin zarafat olduğu, fikirlərinin konteksdən çıxarıldığını bildirdi.
Son zamanlar hər 3-5 aydan bir millət vəkilləri belə çıxışlarla gündəm yaradır. Sadaladıqlarımız isə ən çox müzakirə yaradanlar idi.
Görünür, prezident bu sərəncamla deputatlara əsl vəzifələrinin nə olduğunu xatırlatmaq istəyib.A24.Az

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HomeRenobib 25 may 2023 11:02
  Жалоба     
to remodel a kitchen Thornhill Canada
https://pinterest.ca/homerenostoronto

kitchen home renovations Scarborough Canada
kitchen remodeling in Vaughan Canada
house transformation Vaughan Canada

bathroom restoration Scarborough Canada

i want to renovate my kitchen Toronto Canada
bathroom remodelling Richmond Hill Canada
bedroom restoration Markham Canada

<a href=https://www.pinterest.ca/homerenostoronto>a new bathroom Brampton Canada</a>

home remodeling construction Scarborough Canada
kitchen renovation Scarborough Canada
remodel my bedroom Brampton Canada


#eZ5OKAYrV5acqAeL7
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO