Azərbaycan İdeyası

Şərəfli ömrün 180 günü

Tarix:25-08-2017, 13:10
Baxış Sayı:1 318

  Şərəfli ömrün 180 günü

“Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır."

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Dünyanın demokratik ölkələrində dövlət idarəetmə subyektlərinin fəaliyyəti bir sıra metod və üsullarla qiymətləndirilir. Günümüzdə ən populyar dəyərləndirmə üsullarından biri də artıq ənənəyə çevrilmiş və çox yayılmış ictimai qiymətləndirmədir.
Yeni seçilən prezidentlərin rəmzi ilk 100 günü adlanan bu ənənə demokratik dəyər kimi son onilliklərdə daha çox ölkələrdə qeyd edilir.
Əslində hansı coğrafiyada və hansı millət tərəfindən yaradılmasından asılı olmayaraq, milli mənafe və dəyərlərə zidd olmayan belə ənənələr təqdir edilməlidir. Belə nümunələr gör-götür dünyasında dövlət idarəçilik institutunun təkmilləşməsinə, güclənməsinə və humanistləşməsinə töhfə verir.
Dünyanın bir parçası olan ölkəmizdə də belə demokratik ənənələr artıq özünə yer tapmışdır. Müstəqil dövlətimizdə Prezidentin ilk 100 günü rəsmi olaraq qeyd edilməsə də, 1993-cü ildən bugünə keçdiyimiz keşməkeşli tarixi yol 100 gün standartları ilə dəyərləndirilərsə, qazanılan uğur və nailiyyətlərin nə qədər zəngin olmasının şahidi olarıq.
İdarəçiliyin sürətlə elektronlaşmasına, yaxud robotlaşmasına baxmayaraq, bu gün insanlar etimad göstərdiyi liderin və ya təmsilçisinin ona hesabat verməsini səbirsizliklə gözləyir. İctimaiyyət öz təmsilçisinin məhz 100 günlük fəaliyyətilə ümid və gözləntilərinin doğrulacağına əmin olmaq istəyir.
Son illərdə vitse-prezidentlərin ilk 100 gününün ictimai müzakirəsi də bir ənənə kimi geniş coğrafiyanı əhatə etməkdədir. Əlbəttə ayrı-ayrı ölkələrin timsalında belə təcrübələr bizə məlumdur və bu haqda danışmağa ehtiyac da yoxdur.
Bu günlərdə bəşəri dəyərlərin bərqərar olduğu ölkəmizdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, xanım Mehriban Əliyevanın ali vəzifəsindəki fəaliyyətinin 180 günü tamam olur.
Mübaliğəsiz deyə bilərik ki, ölkəmizdə yaranmış yeni və ilk vitse-prezidentlik institutunun, ilk vitse-Prezidentin qısa zaman kəsiyindəki misilsiz fəaliyyəti bu ali vəzifənin təsis edilməsinin ictimai zərurət olduğunu real faktlarla sübut etmişdi.
Ötən dövr ərzində xanım Mehriban Əliyevaya ölkə daxilində, eləcə də beynəlxalq aləmdə böyük etimad göstərilmiş və O, bir sıra vəzifələrlə görəvləndirilmişdir.
Bütün bu vəzifələrdə möhtərəm Mehriban Əliyeva fəaliyyəti ilə ölkəmizə və xalqımıza baş ucalığı gətirmişdir. Çünki Onun həyat fəlsəfəsində vəzifə insanlara ləyaqətlə xidmət etmək üçün vasitədir . Vəzifənin böyük- kiçikliyi və ya ictimai-dövlət olması əsas ola bilməz . Bu baxımdan həyata keçirdiyi hər bir layihənin məqsədində və hədəfində həm ölkəsinə, həm də dünya insanına xidmət etmək olmuşdur.
Bu yazıda xanım Mehriban Əliyevanın hər bir Azərbaycan vətəndaşının hər an diqqətində olan bəzi vəzifələrinin və onun fəaliyyətinin bir sıra məqamlarını xatırlatmaqla müşahidələrimi oxucularla bölüşmək istərdim....
Azərbaycan Mədəniyyətinin Dostları Fondunun Qurucusu və Rəhbəri, Gimnastika Federasiyasının Prezidenti, Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət Vəkili, Yeni Azərbaycan Partiyasının sədr müavini, UNESCO və İSESCO-nun Xoşməramlı Səfiri, I Avropa Oyunları və IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin Sədri... nəhayət...Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti...
Bu vəzifələrdə xanım Mehriban Əliyeva hər zaman ona etimad göstərən insanlar, təşkilatlar qarşısında hesabat verməyi özünə borc bilmiş, fəaliyyətində hesabatlılığı dövlət idarəçiliyinin atributu hesab etmişdir. O, hər zaman konkret və uğurlu nəticələrlə, ona etimad göstərənlərin, xüsusilə sadə və həssas qrup insanların arasında olmuşdur. Onun dünyagörüşündə dövlət idarəçiliyi məsuliyyətlilik, cavabdehlilik, konkret əməl, nəticə və məqsədinə çatmaq deməkdir. Xanım Mehriban Əliyeva hansı vəzifədə çalışmışsa, fəaliyyəti ilə xidmət etməyin standartlarını yaratmışdı...
Bu mənada Onun ilk 100 və ya 180 gün fəaliyyəti millətə xidmətin yüksək nümunəsi, insanların etimadına verdiyi dəyərdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın siyasi portretini düşündükcə onun yaratmış olduğu və tariximizi zənginləşdirən bir çox ilkləri də qeyd etməmək mümkün deyil.
Azərbaycan dövlətçilik tarixində ilk Birinci xanım, Birinci Xanım İnstitutunun yaradıcısı;
Qurucusu və rəhbəri olduğu, ölkəmizin daxili və xarici siyasətində xüsusi rola malik, misilsiz xidmətləri ilə beynəlxalq aləmdə tanınan və rəğbət qazanan ilk və ən böyük Qeyri Hökumət Təşkilatı Heydər Əliyev Fondu;
Azərbaycanın dövlətçilik tarixində ölkəmizdən seçilmiş UNESCO-nun ilk azərbaycanlı Xoşməramlı Səfiri;
​ İSESCO-nun ilk azərbaycanlı Xoşməramlı Səfiri;
Eyni vaxtda həm UNESCO, həm də İSESCO-dan seçilmiş dünyanın ilk Xoşməramlı Səfiri;
I Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin ilk sədri;
Hakimiyyətin Qanunverici qolundan İcra qoluna keçid edilərkən seçicilər və Qanunverici Hakimiyyət qarşısında hesabat vermək ənənəsinin təmılini qoyan ilk Dövlət Adamı....
Bu ilklər çoxdur...
Əsas odur ki, Onun imza atdığı bu ilklər, ölkəmizdə və beynəlxalq aləmdə yüksək qiymətləndirilir və təqdir edilir.
Bu gün ölkəmizdə və dünyada bir çox ilklərə imza atmış möhtərəm Mehriban xanım Əliyeva Azərbaycan dövlətçilik tarixində, xüsusilə də çağdaş müstəqil dövlətimizdə Azərbaycan Respublikasının ilk Birinci vitse-prezidenti kimi də bir İlk oldu...
Sozsuz ki, xanım Mehriban Əliyavanın coxşaxəli və geniş miqyaslı fəaliyyətini bir yazıda qeyd etmək mümkün deyil.
Necə deyərlər, görünən dağa nə bələdçilik....
Hesab edirəm ki, Onun bu ali vəzifəyə təyin olunarkən söylədiyi: “Mənim fəaliyyətim haqqında dediyiniz sözlərə, verdiyiniz qiymətlərə görə Sizə dərin təşəkkürümü bildirirəm. Mənim üçün belə bir qiymətəlayiq olmaq böyük şərəfdir. Sadaladığınız hər bir uğurun, hər bir nailiyyətin arxasında Sizin köməyiniz, Sizin dəstəyiniz durur. Çünki Sizin arxanızda xalq dayanır… Sizin etimadınızı doğrultmaq elə xalqın etimadını doğrultmaqdır." – kimi təvazökar fikirləri bu gün xalq və xalqı təmsil edən Prezident qarşısında şərəfli ömrün 180 gününün zəngin hesabatıdır.

Məlahət İbrahimqızı,
Millət vəkili, Siyasi elmlər üzrə fəlsəfə doktoru, [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb