Azərbaycan İdeyası

Azərbaycan Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazandı — TAM SİYAHI

Tarix:2-11-2015, 15:01
Baxış Sayı:558

Azərbaycan 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb
"Korrupsiya və Qanun" qəzetinin aldığı məlumatına istinadən Apasport.az saytının məlumatına görə, yığmamızın aktivinə 22-ci lisenziyanı idman gimnastımız Oleq Stepko yazdırıb.
Avropa Oyunlarının 5 qat mükafatçısı bu uğura Qlazqoda keçirilən dünya çempionatında imza atıb. O, paralel qollar üzərində final hərəkətlərində 15,966 xal toplayaraq, fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Bu, həmçinin müstəqilliyimiz tariximizdə ilk medalımız olub.
Təmsilçimizlə yanaşı, Şudi Denq də üçüncü yeri tutub. Çin idmançısı Stepko ilə eyni nəticəni göstərdiyi üçün bürünc medala layiq görülüb. Paralel qollarda dünyanın ən güclüsü adına Xao Yu (Çin, 16,216) layiq görülüb. Gümüş medallar isə ukraynalı Oleq Vernyayevə (16,066) qismət olub.
Reqlamentə əsasən, mükafatçılar birbaşa Olimpiadada iştirak hüququ qazanıblar.
Qeyd edək ki, Stepkodan öncə bədii gimnastımız Marina Durunda, həmçinin Dmitri Marşin, Anna Skidan (hər ikisi atletika, çəkicatma), İnna Osipenko-Radomskaya (kayak, 500 m və 200 m), Valentin Demyanenko (kanoe, 200 m), Aleksandr Aleksandrov - Boris Yotov (akademik avarçəkmə, 200 m), Yuri Meqliç (kanoe-slalom), Elvin Məmişzadə (52 kq), Albert Səlimov (boks, 60 kq), Pərviz Bağırov (hamısı boks, 69 kq), Elvin Mursəliyev (75 kq), Sabah Şəriəti (130 kq), Rövşən Bayramov (59 kq), Saman Təhmasibi (hamısı yunan-Roma güləşi, 85 kq), Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Yuliya Ratkeviç (qadın güləşi, 58 kq), Toğrul Əsgərov (65 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Camaləddin Məhəmmədov (sərbəst güləş, 125 kq) Rio-2016-da iştirak hüququ qazanıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
iemp 2 avqust 2017 05:11
  Жалоба     
Ahora que las dos primeras relojes imitacion categorías aparecen en la Edad Media, por el contrario, es más “accesible” y completa de la función de temporización diversión interactiva no es replicas breitling mucho tiempo lejos de nosotros.
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb