Azərbaycan İdeyası

Avropanın dördlər ittifaqından Bakıya dəstək

Tarix:4-11-2015, 12:43
Baxış Sayı:420

Xarici İşlər nazirinin müavini Xələf Xələfov Vişeqrad Qrupunun (Çex Respublikası, Polşa, Macarıstan və Slovakiya) siyasi direktorlarından ibarət olan nümayəndə heyətini qəbul edib.
"Korrupsiya və Qanun" qəzetinə istinadən XİN-dən Axar.az-a verilən məlumata görə, X.Xələfov görüş zamanı Vişeqrad Qrupunun Avropa İttifaqı çərçivəsində mühüm rola malik olduğunu və maraqlı təşəbbüslərlə çıxış etdiyini deyib. O, Şərq Tərəfdaşlığı təşəbbüsünün də Vişeqrad Qrupuna aid olduğunu xatırladıb. XİN rəsmisi qeyd edib ki, Avropa İttifaqı bir çox regional və beynəlxalq məsələlərdə vahid mövqedən çıxış etmək qabiliyyətinə malik bir qurumdur və bu baxımdan Avropa İttifaqı çərçivəsində Vişeqrad Qrupunun təşəbbüsləri vacib əhəmiyyət kəsb edir.
X.Xələfov Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ikitərəfli münasibətlərinin inkişafından danışaraq, bir sıra dövlətlərlə bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini diqqətə çatdırıb. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını deyən X.Xələfov bu əməkdaşlığın uğurla davam etdiriləcəyinə əmin olduğunu bildirib.
Vişeqrad Qrupunun nümayəndə heyəti tərəfindən Qrup çərçivəsində əməkdaşlıq və qarşıda duran layihələr haqqında məlumat verilib. Qrup çərçivəsində əməkdaşlıq və əlaqələndirmənin 25 ilə yaxın dövr ərzində uğurla davam etdirildiyi qeyd olunaraq, əlaqələrin dövlət və hökumət başçıları və sahəvi işçi qrupları səviyyəsində aparıldığı bildirilib.
Heyət üzvləri Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həllini dəstəklədiklərini vurğulayıblar. Vişeqrad Qrupu ölkələrinin Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirən qonaqlar, ölkəmizdən müsbət təəssüratla ayrıldıqlarını, Azərbaycanın mövqeyini və həssaslıqlarını anladıqlarını və bu mövqeyi Brüsseldə ifadə etmək üçün maksimum səy göstərəcəklərini qeyd ediblər. Avropa İttifaqının bəzi təsisatları tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlərin təəssüf doğurduğunu qeyd edərək, strateji baxımdan mühüm regionda yerləşən Azərbaycan ilə əlaqələrin inkişafına ümidvar olduqlarını bildiriblər. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb