Azərbaycan İdeyası

Prezident zəlzələ ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO (YENİLƏNDİ)

Tarix:6-02-2019, 13:50
Baxış Sayı:1 493

Prezident zəlzələ ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO (YENİLƏNDİ)


"Zəlzələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin “112” Çağrı Mərkəzinə 4 rayon üzrə 73 müraciət daxil olub".
Bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
O bildirib ki, zəlzələ zamanı heç bir ölüm hadisəsi olmayıb: "Yalnız 3 nəfər həyəcanlanıb, hadisə yerindən uzaqlaşmaq istəyərkən xəsarət alıb. Onlardan ikisinin ayağı, digərinin isə qolu sınıb. Hazırda həmin şəxslərin müalicəsi davam edir. Ümumiyyətlə belə təbii fəlakət zamanı fəsadların cüzi, itkinin isə olmaması yaxşı haldır. Heç bir evdə böyük uçqun halı qeydə alınmayıb. Yalnız evlərin divarlarında, yəni içəridən və çöldən çatlar və dağıntılar olub".
Nazirin sözlərinə görə, Prezident İlham Əliyev zəlzələnin fəsadlarının araşdırılması və aradan qaldırılması ilə bağlı tapşırıq verib: "Ölkə başçısının tapşırığına əsasən, rayon Fövqəladə Hallar Komissiyası ilə birlikdə Ağsu, İsmayıllı və Şamaxı rayonlarında işlər aparılacaq. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun könüllüləri bu işdə yaxından iştirak edəcəklər. Şamaxı sakinləri bu hadisəni böyük təşvişlə qarşılamayıblar, çünki buna ehtiyac da yox idi. Əhali qorxmadan yanaşıb. Rayon icra hakimiyyətinin əməkdaşları da sakinlərə vaxtında köməklik edib və lazımi yerlərdə yerləşdirməyə şərait yaradıblar.
Qəzalı vəziyyətdə olan evlərin sakinləri başqa evlərdə müvəqqəti yerləşdiriləcək. Evlərin təmir bərpa işlərinin aparılması üçün dövlət tərəfindən yardım olunacaq".

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb