Azərbaycan İdeyası

DEPUTATLARIMIZ ERMƏNİLƏRİ DARMADAĞIN ETDİ

Tarix:5-07-2019, 14:28
Baxış Sayı:165


Lüksemburqda ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik üzrə Ümumi Komitəsinin iclası davam edir. İrlandiyalı deputat Alan Farrellin “Təhlükəsizliyin möhkəmləndirilməsi naminə davamlı inkişafa kömək: parlamentarilərin rolu” mövzusunda məruzəsində dondurulmuş münaqişələr məsələsinə toxunuldu. Gözlənildiyi kimi, bu məruzədən sonra təklif olunmuş yekun qətnaməyə düzəlişlər barəsində kəskin debatlar başlanıb.
Korrupsiya-q.az xəbər verir ki, çıxış üçün söz alan Ermənistan deputatı Hayk Koncoryan yenə “köhnə valı” işə salaraq dedi ki, ayrıca götürülmüş hər bir münaqişənin özünəməxsus cəhətləri var, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi guya “insan haqları” sahəsinə aiddir. Koncoryan iclas iştirakçılarını daha da çaşdırmağa, onları “heyrətləndirməyə” çalışaraq bəyan edib ki, Azərbaycan özü ATƏT-ə daxil olarkən xalqların təyini-müqəddərat hüququnu tanıyıb. Lakin bu halda Koncoryan bir məsələni dəqiqləşdirməyi unutdu ki, Bakı bunu heç vaxt gizlətməyib: bəli, Azərbaycan xalqların təyini-müqəddərat hüququnu tanıyır və həmişə tanıyıb, amma Azərbaycan beynəlxalq hüququn bu prinsipini erməni ”nəzəriyyəçilərin” yozmağa çalışdığı kimi təhrif olunmuş interpretasiyada deyil, 1975-ci il Helsinki Yekun Aktında təsbit olunduğu kimi tanıyır.
Erməni nümayəndədən sonra çıxış üçün söz almış ATƏT PA-nın vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev məruzəçinin bir faktı etiraf etməsinə görə ona təşəkkürünü bildirdi ki, bütün ATƏT məkanındakı dondurulmuş münaqişələrin, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionunun və ona bitişik yeddi rayonun işğal edilməsi ilə əlaqədar münaqişənin nizamlanması regionda davamlı sabitliyin, təhlükəsizliyin və sülhün zəruri şərtidir. O, məruzəçinin bu mövqeyini dəstəklədiyini bildirdi ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və ATƏT PA-nın bəyannamələri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hüquqi baza yaradır. Quliyev eyni zamanda Komitə üzvlərini qətnamə layihəsinin ilkin variantını dəstəkləməyə və Ermənistan nümayəndə heyətinin təklif etdiyi düzəlişi rədd etməyə çağırdı. Deputat bu çağırışını əsaslandırmaq üçün ATƏT-in 1992-ci il tarixli qərarına istinad etdi. Həmin sənəddə bu münaqişə məhz “Azərbaycanın Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişə” adlandırılıb. A.Quliyev xatırlatdı ki, 1992-ci ilin mayından etibarən bu münaqişə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə tammiqyaslı müdaxiləsinə və nəinki Dağlıq Qarabağ regionunun özünün, həm də ona bitişik yeddi rayonun işğalına çevrilib və hər rayonun işğalından sonra BMT Təhlükəsizlik Şurası bir-birinin ardınca qətnamələr qəbul edib, lakin Yerevan bu qətnamələrin heç birinə məhəl qoymayıb. Azərbaycanlı siyasətçi dedi: “Beləliklə, həmin qətnamələrdən sonra biz Ermənistan tərəfindən bu regionun hüdudlarından kənarda işğal edilmiş əraziləri də nəzərə alaraq, həmin münaqişəni yalnız “Dağlıq Qarabağ münaqişəsi” adlandıra bilmərik”.
A.Quliyev çıxışının sonunda xatırlatdı ki, beynəlxalq birlik Dağlıq Qarabağ regionunu və ona bitişik yeddi rayonu Azərbaycanın tərkib hissəsi kimi tanıyır, qeyri-qanuni işğal isə suverenliyin və yurisdiksiyanın dəyişməsinə səbəb olmur.
Deputat Ani Samsonyan özünün dolaşıq və rabitəsiz çıxışında BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin relevantlığını şübhə altına almağa çalışdı və nədənsə belə “qərara aldı” ki, beynəlxalq birlik işğal edilmiş Dağlıq Qarabağdakı oyuncaq rejimi guya “münaqişənin bərabərhüquqlu tərəfi” kimi tanıyıb.
Deputat Tahir Mirkişili erməni həmkarının çıxışına cavab olaraq xatırlatdı ki, insan haqları ilk növbədə iki icmadan ibarət Dağlıq Qarabağ regionunun sakinlərinə aiddir. Bu sakinlərin bir qismi etnik prinsipə görə öz doğma yurdlarından qovulması səbəbindən kənarda yaşamağa məcbur olub. T.Mirkişili Komitə üzvlərini qətnamə layihəsini ilkin formada dəstəkləməyə çağırdı.
Debatların sonunda çıxış edən Mariya Karapetyan da öz həmvətənləri kimi, Ermənistan-Azərbaycan münaqişəsini digər dondurulmuş münaqişələrdən fərqləndirməyə və onu hansısa “unikal” keys hesab etməyə çağırdı və həmkarlarından Ermənistanın təklif etdiyi düzəlişi dəstəkləmələrini xahiş etdi.
Komitənin iclası sabah öz işini davam etdirəcək və debatlar da davam edəcək.azərtac [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HomeRenobib 25 may 2023 04:28
  Жалоба     
home kitchen remodeling Vaughan Canada
https://pinterest.ca/homerenostoronto

renovation designer Etobicoke Canada
kitchen home renovations Ontario Canada
house renovation Oakville Canada

renovate my kitchen King City Canada

kitchen home remodeling Scarborough Canada
kitchen remodeling in
to remodel a kitchen Richmond Hill Canada

<a href=https://www.pinterest.ca/homerenostoronto>renovation designer Richmond Hill Canada</a>

i want to remodel my kitchen Etobicoke Canada
interior remodeling Aurora Canada
restroom restoration Scarborough Canada


#eZ5OKAYrV5acqAeL7
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı