Azərbaycan İdeyası

Eldar Mahmudovun həbsi niyə gecikir?

Tarix:12-11-2015, 13:22
Baxış Sayı:447

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov ev dustağıdır.
"Korrupsiya və Qanun" qəzetinə istinadən “Qafqazinfo”nun məlumatına görə, bu xəbəri “Yeni Müsavat” yayıb. Xəbərə görə, bununla bağlı qərar oktyabrın 17-də verilib. Qəzet yazır ki, Cinayət Məcəllənin 154.2.1-154.2.9-cu maddələrində nəzərdə tutulmuş qətimkan tədbirləri sırasında ev dustaqlığı da var. Ev dustaqlığı həbsə alternativ qətimkan tədbiri olduğundan şəxsin həbsə alınması barədə məhkəmənin qərarı alındıqdan sonra onun əvəzinə seçilə bilər. Yəni bu o deməkdir ki, oktyabrın 17-də işdən çıxarılan E.Mahmudov barədə həbs sanksiyası verilib, amma bu, ev dustaqlığı ilə əvəz olunub: “E.Mahmudov barəsində elə həmin gün həbs qərarının verilməməsi onun ciddi nəzarət altında saxlanıldığı versiyasını gücləndirib. Mənbəmiz isə iddia edir ki, sabiq nazir işdən çıxarılan gün onun barəsində həbs sanksiyası imzalanıb, bundan sonra isə onun ev dustaqlığı barədə məhkəmə qərarı verilib. Sabiq nazirə əmri ilə bərabər, həm də həmin sənədlər təqdim edilib. “Böyük ehtimalla nazir barədə sanksiyanı baş prokurorun müavini Rüstəm Usubov imzalayıb, Səbayel Rayon Məhkəməsi isə ev dustaqlığı barədə qərar verib” deyə, mənbəmiz sonda bildirib”.
Qəzet yazır ki, E.Mahmudovun bu cür təcridinə qərar verilməsinin daha bir səbəbi MTN-dəki “çete”nin illərdir əldə etdiyi qeyri-qanuni vəsaitlərlə bağlıdır. Məlumata görə, bu vəsaitin böyük bir hissəsi ən müxtəlif yollarla ölkədən çıxarılıb. Bu vəsaitin hətta bir neçə milyard ola biləcəyi ilə bağlı da iddialar var. İndi böyük bir qrup bu vəsaitin izini araşdırır və həmin pulların ölkəyə qaytarılmasını təmin etməyə çalışır. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb