Azərbaycan İdeyası

"Niyə hücum edib torpaqları almırıq?" - Deputatdan Paşinyanın çıxışına CAVAB

Tarix:6-08-2019, 15:30
Baxış Sayı:196

KORRUPSİYA-Q.AZ
“Ermənistan baş naziri Nikol Paşinyanın son açıqlaması işğalçılığın təsdiqi deyil. Çünki bu açıqlamaya qədər həm onun, həm də keçmiş Ermənistan prezidentlərinin Dağlıq Qarabağ ərazisinə daxil olması özü işğalçılığın təsdiqi deyildimi? Yəni işğalçılığı buna qədər təsdiq edən yetərincə faktlar var”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa qeyd edib.



Millət vəkili bildirib ki, hətta Dağlıq Qarabağın inzibati hüdudlarından kənarda olan işğal altındakı rayonlarımızda təmir-bərpa işlərinin sürətlə aparılması, kənardan oraya ermənilərin məskunlaşdırılması da bu faktlar siyahısına daxildir: “Sadəcə, son açıqlama rəsmi Ermənistanın bunu həm də növbəti dəfə dillə ifadə etməsidir. Bu cür ifadələr əvvəllər də işlədilib və özümüzü buna görə təəccübləndirməyək. Burada iki məqsəd ola bilər. Birincisi, Ermənistan danışıqlardan uzaqlaşmaq niyyəti güdür və Azərbaycana qarşı bu cür diplomatik təxribatı yönəldir. İkincisi isə Paşinyan bu ifadələri erməni cəmiyyətinə Qarabağ məsələsinin öz iqtidarının əsas prioriteti olduğunu xatırlatmaq üçün söyləyib. Əlbəttə, bu ifadə savaşa başlamamız üçün ciddi səbəbdir, lakin ondan əvvəlki hərəkətlər qeyri-ciddi səbəblər deyildi ki? İndi “niyə Xankəndini vurmuruq, niyə hücum edib torpaqları almırıq” kimi sualları cavablandıracaq imkana və informasiyaya sahib deyiləm, ancaq onu bilirəm ki, biz Azərbaycan Ordusu qədər Azərbaycan diplomatik korpusunu da daha yetkin və hazırlıqlı peşəkarlardan təşkil etməliyik ki, bu cür açıqlamaların beynəlxalq hüquqa qarşı demarş olduğunu konkret ölkələrdə və beynəlxalq qurumlarda anında tirajlamağı bacarsınlar. Təcrübəli diplomatlarımız az deyil, ancaq xaricdəki təmsilçilərimizin müəyyən hissəsi öz vəzifə borclarını layiqincə yerinə yetirəcək qabiliyyətdə deyil və ona görə də xarici ölkələrin cəmiyyətlərinə aktiv təsir göstərə bilmirlər. Çünki bu gün bizim ermənilərlə savaşımız qismən atəşkəs zolağı üzərindən davam edir, o zolağın da üzərində ordumuzun hərəkət sərbəstliyini boğan beynəlxalq güclərin həmrəyliyi var. Özümüz nə qədər güc olsaq da, beynəlxalq və ya supergüc deyilik. Demək ki, savaşın əsas bölümü diplomatik cinahda, lobbiçilikdə, diaspora sahəsində gedir. Burada isə şəxsi mənfəət hisslərimizin üzərinə qalxa bilmədiyimizə görə istənilən nəticələrə vara bilmirik”.

Qeyd edək ki, ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın qədim torpağı olan Dərələyəzdə (ermənilər bura Sünik vilayəti deyirlər) asma körpünün üstünə çıxaraq, “Köçəri” rəqsini oynayıb. Paşinyan rəqs edərək, tərəfdarlarını Azərbaycanın işğal altındakı Qarabağ bölgəsinə çağırıb. Həmçinin deyib ki, Qarabağ Ermənistanın ayrılmaz hissəsidir: “Bütün dünyanın qürurlu ermənilərini salamlayıram və sözlərimə 1988-ci ildə bu Dirçəliş meydanını silkələyən “Miatsum”, “Miatsum” şüarı ilə başlamaq istəyirəm. Çoxları soruşa bilər ki, bəs Qarabağ niyə bu planlarda yoxdur? Cavab çox sadədir. Qarabağ Ermənistandır, vəssalam”.

Nikol Paşinyanın bu sözləri Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olunduğunun açıq etirafıdır.

Zümrüd [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb