Azərbaycan İdeyası

İsraildən ağlagəlməz KÖRFƏZ HƏMLƏSİ: Netanyahu hərəkətə keçdi

Tarix:7-08-2019, 16:30
Baxış Sayı:267

KORRUPSİYA-Q.AZ
İsrail körfəz ölkələri ilə münasibətlərini tez vaxtda normallaşdırmaq niyyətindədir.

Publika.az xəbər verir ki, bu iddia ilə İsrailin “Yedioth Ahronoth” qəzeti çıxış edib.

Qəzetin məlumatına görə ölkənin Xarici işlər naziri Yisrael Katz körfəz ölkələri ilə sülh razılaşmaları imzalamaq istəyir.

Nazir Milli Məclisin Xarici Əlaqələr və Təhlükəsizlik Komitəsində etdiyi çıxışlarda hədəfinin körfəz ölkələri ilə açıq şəkildə normal münasibətlər qurmaq, bunu genişləndirmək və ölkələrlə diplomatik sülh razılaşmaları əldə etmək olduğunu açıqlayıb. Baş nazir Benyamin Netanyahu da bu ideyaya dəstək verir.

İsrail ilə Ərəb dünyasının Fələstin məsələsinə fərqli mövqedən yanaşdıqlarını, lakin fikir ayrılıqlarının İsrail-Ərəb açılımının qarşısında əngəl olmamasının lazımlığını vurğulayan Katz qeyd edib ki, əsas məsələ körfəz ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasıdır.

Qeyd edək ki, Misir və İordaniyadan başqa, ərəb ölkələri İsrail ilə diplomatik münasibət qurmur.

Zümrüd [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova vəfat etdi
Elmira Süleymanova vəfat etdi
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO