Azərbaycan İdeyası

Mehriban Əliyeva: "Azərbaycan təhsil sistemində son illərdə bir sıra uğurlar qazanılıb"

Tarix:23-09-2019, 14:03
Baxış Sayı:165


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransının (IAEA 2019) iştirakçılarına müraciət ünvanlayıb.
Korrupsiya-q.az Trend-ə istinadən xəbər verir ki, müraciəti konfransın açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.
Müraciətdə deyilir: "Hörmətli konfrans iştirakçıları, əziz qonaqlar!
Sizi Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransının (IAEA 2019) açılışı münasibətilə səmimi qəlbdən salamlayıram. Belə bir mötəbər tədbirin ölkəmizin paytaxtında yenidən keçirilməsindən məmnunluğumu bildirirəm. Biliyin qiymətləndirilməsi təhsil sahəsinin ayrılmaz tərkib hissəsidir. Müxtəlif bilik və bacarıqların yoxlanılması zamanı nəticələrin obyektiv qiymətləndirilməsi və müasir ölçmə metodlarından istifadə edilməsi böyük əhəmiyyətə malikdir. Qiymətləndirmə və qərar vermə fərdi və institusional həll yolları mövzusuna həsr olunan hazırkı konfrans bu baxımdan təhsildə qiymətləndirmənin keyfiyyətinin artırılmasına, eləcə də qiymətləndirmə və qərarvermədə yeni tendensiyaların yaradılmasına öz töhfəsini verəcək.
Azərbaycan təhsil sistemində son illərdə bir sıra uğurlar qazanılmışdır. Biz postsovet məkanında müasir qiymətləndirmə sistemini tətbiq edən ilk ölkələrdənik. Sistemin fəaliyyəti cəmiyyətimiz və qiymətləndirməni təşkil edən forumlar tərəfindən indi də yüksək dəyərləndirilir. Ölkəmizdə eyni zamanda beynəlxalq qiymətləndirmənin inkişaf prinsiplərinə əsaslanaraq lazımi araşdırmalar aparılıb və bu istiqamətdə normativ hüquqi baza təkmilləşdirilib. Qərar qəbuletmə prosesində qiymətləndirmənin etibarlılığı və daha düzgün qərar qəbul etmək üçün müvafiq qiymətləndirmə üsullarının müəyyən edilməsi aktual məsələlərdəndir. Əminəm ki, 55 ölkədən 300-dən artıq ekspertin qatıldığı konfransınız da qiymətləndirmə sisteminin müxtəlif aspektləri ilə bağlı geniş müzakirələr, yeni qiymətləndirmə texnologiyalarının səmərəli tətbiqində və standartların formalaşdırılmasında mühüm rol oynayacaq. Hamıya can sağlığı, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram". [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı