Azərbaycan İdeyası

Əli Abbasov dindirilir - 4 saatdır Prokurorluqdadır

Tarix:13-11-2015, 17:42
Baxış Sayı:492

Dünən prezidentin sərəncamı ilə vəzifəsindən azad edilən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bu gün yenidən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıb.
"Korrupsiya və Qanun" qəzetinin aldığı məlumata görə bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Mənbənin verdiyi məlumata görə, sabiq nazirin istintaqı artıq 4 saatdan çoxdur davam edir.
Qeyd edək ki, Əli Abbasov istintaqa ilk dəfə deyil çağırılır. Onu bundan əvvəl də ifadə verməyə çağırmışdılar. Səbəb nazirliyin həbs olunmuş aparat rəhbəri Vidadi Zeynalovun sabiq nazirin əleyhinə ifadə verməsi idi.
V.Zeynalovun özü isə “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin keçmiş baş direktoru Beytulla Hüseynovun ifadəsi əsasında həbs edilib. Beytulla Hüseynov da öz növbəsində sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur.
Xəbər verdiyimiz kimi, Əli Abbasov bundan əvvəlki istintaq zamanı özünə qarşı bütün ittihamları rədd edərək Eldar Mahmudovun əleyhinə ifadə vermişdi. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO