Azərbaycan İdeyası

Azərbaycanın güllələnmiş keçmiş nazirinin həyat yoldaşı vəfat etdi

Tarix:17-11-2015, 16:10
Baxış Sayı:473

  Azərbaycanın güllələnmiş keçmiş nazirinin həyat yoldaşı vəfat etdi

O, 30 ilə yaxın Azad Həmkarlar İttifaqının sədri işləyib
Azərbaycanın kabinetində güllələnərək qətlə yetirilən keçmiş daxili işlər naziri general-leytenant Arif Heydərovun həyat yoldaşı Ədilə Heydərova dünyasını dəyişib.
"Korrupsiya və Qanun" saytı Report"-a istinadən xəbər verir ki, Ə.Heydərova 80 yaşında vəfat edib.
O, 30 ilə yaxın Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri işləyib. Yaşla əlaqədar 2006-cı ildə vəzifəsindən uzaqlaşıb.
Qeyd edək ki, Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə Ədilə Xeyrulla qızı Heydərova 2005-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.
Eyni zamanda, dövlət başçısı 2006-cı ildə ona Prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Xatırladaq ki, Arif Heydərov 1970-ci ildən 1978-ci ilə qədər Azərbaycan SSR-nin daxili işlər naziri işləyib.1978-ci il iyunun 30-da A.Heydərov kabinetində güllələnərək qətlə yetirilib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.