Azərbaycan İdeyası

Bələdiyyə sədri tərəfindən incidildiyini iddia edən sahibkar prezidentə müraciət etdi – “Torpaqlarımız əlimizdən əsassız şəkildə alınır!” – FOTOLAR

Tarix:20-12-2019, 14:50
Baxış Sayı:201


Biləsuvar rayonunun Səmədabad kənd sakini, sahibkar Muradov Talıb sözügedən kəndin bələdiyyə sədri Həsənov Hidayətdən şikayətçidir.

O, bələdiyyə sədrinin kənd camaatına, əsasən də Qarabağ veteranlarına, Aprel döyüşlərində iştirak etmiş şəhid ailəsinə qarşı haqsızlıqda ittiham edir. Torpaqlarının əasassız şəkildə əlindən alındığını iddia edən kənd sakini düşdükləri durumdan çıxış yolu tapmaq üçün ölkə rəhbəri, cənab prezident İlham Əliyevə müraciət edir.

Müraciətdə deyilir:

“Hörmətli Prezident!

Mən Muradov Talıb Saleh oğlu əslən kəlbəcərli olsaq da, ailəmizlə birlikdə Biləsuvar rayonunun Səmədabad kəndində yaşayırıq. 10 avqust 2000-ci ildə 12 saylı icarə müqaviləsi əsasında Səmədabad bələdiyyəsindən 142 h torpaq sahəsinin 25 illiyə icarəyə götürmüşük. Müvəqqəti istifadə hüququna dair Dövlət Əmlak Komitəsi tərəfindən şəhadətnamə verilib. İcarəyə götürdüyümüz torpaq örüş otlaq sahəsidir və bu haqda müqavilədə də qeyd edilib. 10 ailə (hər birində 4-5 uşaq var) bu gün həmin təsərrüfatdan dolanır. Bu, bizim dədə-baba işimizdir.
Lakin bu gün Səmədabad bələdiyyəsinin sədri Həsənov Hidayət Ədalət oğlu qanunsuz olaraq, müxtəlif bəhanələr gətirməklə torpaqla bağlı bağlanmış icarə müqaviləsini ləğv etdirmək istəyir. Bunu etməmək üçün isə bizdən 10000 (on min) AZN tələb edir. Əlbəttə ki, buna etiraz etmişik. İşi belə görən bələdiyyə sədri icarə müqaviləsini ləğv etdirmək üçün Biləsuvar Məhkəməsinə müraciət edib. O, müxtəlif yollarla, rüşvət olaraq bu vaxtadək bizdən 3 min AZN-ə yaxın pul və 18 baş qoyun da alıb.
Mən ona hər hansı məbləğdə pul verməyə imkanımızın olmadığını bildirmişəm. Mən sahibkaram, hər il dövlət büdcəsinə ödənişlərimi vaxtlı-vaxtında ödəyirəm. Buna baxmayaraq, bu şəxs vəzifəsindən sui-istifadə etməklə 10 ailəni incitməyə davam edir.
Səmədabad bələdiyyəsinin sədri Həsənov Hidayətə bildiririk ki, cənab prezidentimiz məmurların hər bir vətəndaşa diqqət və qayğı göstərməsini tapşırdığı halda, siz buna əməl etmirsiniz. Bu gün 40-50 nəfərdən ibarət ailələrin məşğuliyyətini əlindən almaqla bu ailələrin dolanışığını çətin vəziyyətə salırsınız.
Hörmətli prezident, sizin sahibkarlığın inkişafına verdiyiniz dəstək hər yerdə tərəqqi və yüksəlişə səbəb olub. Bu diqqət və qayğı biz sahibkarlar qarşısında geniş imkanlar açır. Sizin elan etdiyiniz strateji xəttə uyğun olaraq, respublikada çoxsaylı sahibkarlar ordusunun formalaşması məmnunluq doğurur. Dövlət tərəfindən sahibkarlara müxtəlif güzəştlər edilir. Sizin sahibkarlara göstərdiyiniz qayğı bizim üçün qürur mənbəyidir.
Lakin bəzi məmurlar sahibkarları incitməkdədirlər. Göydə Allah, yerdə sizə güvənirik. Cənab prezident, qardaşlarım və ailə üzvlərinin dolanışıq yeri olan torpaqlarımızı əlimizdən almağa cəhd göstərən Biləsuvar rayon Səmədabad Bələdiyyəsinin sədri Həsənov Hidayətin özbaşınalıqları barədə qanuni tədbirlərin görülməsinin təmin etməyinizi xahiş edirəm.

Bələdiyyə sədri tərəfindən incidildiyini iddia edən sahibkar prezidentə müraciət etdi – “Torpaqlarımız əlimizdən əsassız şəkildə alınır!” – FOTOLAR

Bələdiyyə sədri tərəfindən incidildiyini iddia edən sahibkar prezidentə müraciət etdi – “Torpaqlarımız əlimizdən əsassız şəkildə alınır!” – FOTOLAR
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HomeRenobib 25 may 2023 07:30
  Жалоба     
bathroom remodelling Vaughan Canada
https://www.pinterest.ca/homerenostoronto/

home remodeling construction Scarborough Canada
designer for home renovation Scarborough Canada
home reno Richmond Hill Canada

kitchen remodeling Thornhill Canada

house transformation North York Canada
home remodeling construction Brampton Canada
renovate my bathroom Toronto Canada

<a href=https://www.pinterest.ca/homerenostoronto>bedroom renovation Markham Canada</a>

renovation design Thornhill Canada
i want to renovate my kitchen Mississauga Canada
home reno Newmarket Canada


#eZ5OKAYrV5acqAeL7
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı