Главная > Siyasət / Gündəm > İlham Əliyev Nərgiz Paşayevanı təltif etdi

İlham Əliyev Nərgiz Paşayevanı təltif etdi


13-12-2022, 11:23. Разместил: Xuraman Quliyeva
İlham Əliyev Nərgiz Paşayevanı təltif etdi
Prezident İlham Əliyev Nərgiz Arif qızı Paşayevanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Sərəncama əsasən, N.Paşayeva Azərbaycan Respublikasında elm və təhsilin inkişafında böyük xidmətlərinə görə təltif olunub.
[center][/center]N.A.Paşayevanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında elm və təhsilin inkişafında böyük xidmətlərinə görə Nərgiz Arif qızı Paşayeva “Şərəf” ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 dekabr 2022-ci il
Вернуться назад