Главная > Siyasət / Gündəm > Azərbaycan xilasediciləri dağıntılar altından 53 nəfəri sağ, 780 nəfərin cəsədini çıxarıblar
Azərbaycan xilasediciləri dağıntılar altından 53 nəfəri sağ, 780 nəfərin cəsədini çıxarıblar20-02-2023, 10:54. Разместил: Xuraman Quliyeva |
|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, FHN-in qüvvələri bu vaxtadək Kahramanmaraş və Hatay bölgələrində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından ümumilikdə 53 nəfəri sağ, 780 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək. Вернуться назад |