Главная > Siyasət / Gündəm > Prezidentdən Naxçıvan rəhbərliyinə YENİ TƏYİNAT

Prezidentdən Naxçıvan rəhbərliyinə YENİ TƏYİNAT


11-04-2023, 15:39. Разместил: Xuraman Quliyeva
Prezidentdən Naxçıvan rəhbərliyinə YENİ TƏYİNAT
Prezident İlham Əliyev Samir Əhməd oğlu Seyidəhmədlinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı President.az xəbər verib.
S.Ə.Seyidəhmədlinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
11 aprel 2023, 15:17

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Samir Əhməd oğlu Seyidəhmədli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini təyin edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 aprel 2023-cü il
Вернуться назад