Главная > Siyasət / Gündəm > Məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi qaydalarında DƏYİŞİKLİK

Məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi qaydalarında DƏYİŞİKLİK


19-05-2023, 11:51. Разместил: Xuraman Quliyeva
Məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi qaydalarında DƏYİŞİKLİK
Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydalarında dəyişikliklər edilib.

Bununla bağlı müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərarda məqsəd elektron nəzarət vasitələri tətbiq edilən məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslər üzərində nəzarətin daha effektiv həyata keçirilməsinin təmin olunması, habelə bu sahədə səmərəliliyin artırılmasıdır.

Edilən dəyişikliklərə əsasən elektron nəzarət vasitələrinin tətbiq edildiyi şəxslər tərəfindən elektron qolbağın açılması və ərazi məhdudiyyətinin pozulması halı mövcud olduqda monitorinq mərkəzinin dispetçeri tərəfindən bu hallarla bağlı dərhal məsul icra məmuruna və ya polis orqanının vəzifəli şəxsinə məlumat vermə tələbi müəyyən edilib.

Eyni zamanda, elektron nəzarət vasitəsinin müvəqqəti çıxarılması (elektron qolbağın müvəqqəti açılması və s.) halları genişləndirilib.
Yeni hallar aşağıdakılardır:

- barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edildikdə;

- barəsində həbs növündə qətimkan tədbiri seçildikdə;

- nəzarət subyektinə alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə ixtisaslaşdırılmış tibb müəssisəsinə və ya psixi pozuntusu ilə əlaqədar psixiatriya stasionarına yerləşdirildikdə.
Вернуться назад