Azərbaycan İdeyası

Olimpiya çempionumuzdan hörmətsizlik- Məşqçi əsəbiləşdi 06.02.15 | 12:21 | Xəbər 104 dəfə oxunub

Tarix:6-02-2015, 12:36
Baxış Sayı:0

“Toğrul Əsgərovun məsələsi Güləş Federasiyasının baş katibi Əjdər Cəfərovun rəhbərliyi ilə keçirilən iclasda qaldırıldı. Göstəriş verildi ki, nizam-intizama ciddi riayət olunmalıdır”.


“Qafqazinfo” xəbər verir ki, bu sözləri sportnet.az saytına açıqlamasında sərbəst güləş üzrə Azərbaycan milli komandasının böyük məşqçisi Firdovsi Umudov deyib.

O, yığma komandamızın üzvü Toğrul Əsgərov haqqında danşıb: “O nə üçün çempionatda güləşmədi? Avropa Oyunlarına sayılı günlər qalır. Bizdə bunların hamısı müzakirə olunur, zalda da, federasiyada da bu barədə danışılır, söhbətlər gedir. Federasiya rəhbərliyi də bununla çox ciddi maraqlanır. Federasiya rəhbərliyi hər bir idmançının yanındadır, məşq proseslərini izləyir. Prezidentimiz də, vitse-prezident Namiq Əliyev də, Əjdər müəllim də izləyir, yeniyetmələr, gənclər, bütün yığma komandaların məşqçiləri ilə görüşüb tövsiyələr vermişik. Daha ciddi olmaq lazımdır. Nizam-intizam qaydalarına riayət etməyən idmançı yığma komandada yer almamalıdır. Kimliyindən asılı olmayaraq. Avropa, dünya, olimpiya çempionu olmusan, federasiya rəhbərliyi səni qiymətləndirib. Bu gün isə gənclərə, yeniyetmələrə nümunə olmalısan. Sən dövlətin simvolusan, nümunə göstərilməlisən. Valideynlər idmançılar baxıb nümunə götürməlidirlər. Bax, belə olimpiya çempionumuz var. Mən açığını deyirəm. And olsun Allaha.. Olimpiya, dünya çempionları var ki, Fransada barmen işləyirlər, metroda işləyirlər. Mən gözümlə gördüm bunu, qulağımla eşitdim. Orada məşqçilər var idi, onlarla söhbət edirdim. Bizim dövlətimiz qədər idmana, idmançıya diqqət və qayğı göstərən ölkə yoxdur. Görün, bizdə olimpiya, dünya çempionlarına gör nə qədər şərait yaradılır, onlar da bunu qiymətləndirməlidirlər. İstəmirsənsə, de ki, mən bitirdim, qurtardım, sağ olsun dövlətimiz, rəhbərlik, mən gedirəm idmandan. Yoxsa sən həm özünü, həm yığmanın məşqçilərini, həm federasiya rəhbərliyini, həm dövləti, həm də bütün idmansevərləri aldadırsan. Hamı olimpiya, dünya çempionundan nəsə gözləyir. Sən aldatma. Yığma komandada məşqini elə, get özünü göstər. Ya belə de, ya elə.. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA