Azərbaycan İdeyası

Fərid Qayıbov: "Avropa Oyunları dünya çempionatından da güclü olacaq" 06 Fevral, 2015 13:11

Tarix:6-02-2015, 13:17
Baxış Sayı:0

- Öncə I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı fikirlərinizi bildirərdiniz...
- Mən də hər bir azərbaycanlı kimi fəxr edirəm ki, I Avropa Oyunları bizim ölkədə keçiriləcək. Hesab edirəm ki, bu, bizim ölkəmizin, prezidentimizin, Azərbaycanın yürütdüyü siyasətin qələbəsidir. Bu Oyunlar Avropa Olimpiya Komitəsi tərəfindən keçirilir. Biz Yay Olimpiya Oyunlarına da namizədliyimiz vermişdik. İlk cəhdlərdən alınmır, amma ümid edirəm ki, olimpiadanı da Bakıda keçirəcəyik. Hesab edirəm ki, bu Avropa Oyunları olimpiadanın Bakıda keçirilməsi üçün böyük addımdır.
- I Avropa Oyunları kimi böyük yarışı keçirmək çətinlik yaratmayacaq?
- 2005-ci ildə ilk dəfə bədii gimnastika üzrə dünya çempionatı keçirdik. Bu, Azərbaycanda keçirilən və olimpiya növləri üzrə ilk dünya çempionatı idi. Ondan əvvəl bu yarışa hazırlıq məqsədilə 2003, 2004 və 2005-ci ilin əvvəllərində 3 dəfə Dünya Kubokunun mərhələ yarışlarını Azərbaycanda keçirmişik. Bu da dünya çempionatına ciddi hazırlıq idi. Bildiyimiz kimi, 2002-ci ilin sonlarında Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildi. Məhz həmin dövrdən gimnastika növlərində inkişaf başladı. Bu yarışların keçirilməsi ölkəmizdə gimnastika idmanının populyarlaşmasında böyük rol oynayıb. Bu da bizim inkişaf planının bir mərhələsi idi. 2007, 2009 və 2014-cu illərdə Bakıda Avropa çempionatı keçirmişik. Bədii gimnastika üzrə Avropa çempionatını 3 dəfə təşkil etmiş yeganə ölkəyik. Bu yarışı iki dəfə keçirmiş ölkələr olub, amma 3 dəfə olmamışdı. Milli Gimnastika Arenasındakı çempionat, xarici mütəxəssislərin fikrincə, çox yüksək səviyyədə keçdi. Biz bununla yalnız fəxr edə bilərik. Bu da onu göstərir ki, Azərbaycanda gimnastika üzrə böyük yarışlar keçirə bilərik. Bundan başqa açıq Azərbaycan çempionatı, ölkə çempionatı keçirmişik.
- Qarşıda hansı yarışlar var?
- Bilirsiniz ki, bizdə 6 idman növü fəaliyyətdədir. Martın ilk həftəsində gimnastikanın bütün növləri üzrə Azərbaycan çempionatı keçiriləcək. Bu yarışın adı Açıq Azərbaycan çempionatıdır. Həmin çempionat Avropa Oyunları öncəsi test yarışı statusu daşıyır. İlk dəfə belə bir yarış keçirilir. Avropa Oyunlarına görə bu cür format seçdik. Bundan əvvəl belə bir formatda çempionat olmamışdı. Biz çalışacağıq ki, orada bütün sahələri, hansı ki, departament adlanır, onların hamısını yoxlasınlar. Eyni formatda da Avropa Oyunlarının yarışları keçiriləcək.
- AGF Avropa Oyunları üçün hazırlığın hansı mərhələsindədir?
- Bu oyunlarla Təşkilat Komitəsi məşğul olur. Lazım gəldikdə, öz fikirlərimizi bildiririk. Biz köməklik etməyə çalışırıq. Ötən il federasiyamız nəzdində indiyədək olmayan 3 idman növü açıldı ki, bu da bizim üçün yenilikdir. Bunlar aerobika, qadın idman gimnastikası və batutdur. Hər üç növ Avropa Oyunlarının proqramına daxil edilib. Yeni olmalarına baxmayaraq, hər biri üzrə xaricdən mütəxəssislər dəvət etdik. Ümumiyyətlə, 6 idman növünün əksəriyyətində xarici mütəxəssislər çalışır. Çünki son 12 il ərzində gimnastikanı inkişaf etdirməyə başlamışıq. Artıq hardasa nəticələr qazanırıq. O ki, qaldı yeni idman növlərinə, kiçik yarışlar keçirmişik. Bizim gimnastika bölmələrimiz var. Ötən il ilk dəfə qadın idman gimnastikası üzrə yarışlar keçirdik. Fevralın 7-də aerobika üzrə ilk yarışlarımız olacaq. Batut üzrə bu il yarış keçirməyi planlaşdırırıq və yerli yarış kimi ilk dəfə olacaq. Bunlar yeni idman növləri olduğu üçün gimnastları hazırlamalıyıq. Təbii ki, çətindir. Hazırda bu bölmələr yalnız Bakıda fəaliyyət göstərir. Ancaq gələcəkdə bu idman növünü bölgələrdə də inkişaf etdirməyi planlaşdırırıq. Bədii gimnastika üzrə bir neçə şəhər və rayonumuzda bölmələr fəaliyyət göstərir. Ötən ilin sonlarında biz Regionlar Kuboku keçirdik. Bu, son illər ərzində, daha dəqiqi, son 3 ildə həyata keçirilir. Regionlardan gələn idmançıların Bakı gimnastları ilə rəqabət aparması çox çətin idi. Biz də buna görə Azərbaycan birinciliyi ilə yanaşı, regionlarda da bu yarışı keçirdik. Orada Bakı idmançıları yox idi. Ona görə də bölgələrimizdəki idmançılara stimul old və çox gözəl yarış alındı. Artıq onlar nəticə verməyə başlayıblar. Hətta Azərbaycan birinciliyində yer də tutublar.
- Avropa Oyunlarında Azərbaycan hər növ üzrə neçə gimnastla təmsil olunacaq?
- 6 idman növünün hamısında maksimum idmançı ilə təmsil olunacağıq. Çünki Azərbaycan təşkilatçı ölkədir. Bədii gimnastika üzrə 2 idmançı şəxsi mübarizədə çıxış edəcək. Bununla yanaşı qrup hərəkətləri komandasında 6 idmançı yer alacaq. Ümumilikdə bədii gimnastikada 8 idmançımız olacaq. Qadın və kişi idman gimnastikalarını bəzən bir idman növü kimi hesab edirlər. Amma Beynəlxalq və Avropa Gimnastika ittifaqlarında bu idman növü ayrı qeyd olunur. Onların texniki komitələri də ayrıdır. Bizdə də hər bir idman növünün öz məşqçiləri, texniki komitələri var. Hətta kişi idman gimnastikasının hakimləri qadın yarışlarında hakimlik edə bilməz. Burada hər iki idman növündə 3 idmançı olacaq. Batut növündə 2 qız və 2 oğlan çıxış edəcək. Aerobikada 6 nəfər olacaq. Bunlar baş məşqçinin seçimi əsasında olacaq. Akrobatika yarışlarında qarışıq cütlük olacaq ki, burada bir oğlan və bir qız iştirak edəcək, eləcə də 3 qızdan ibarət qadın qrupu olacaq.
- Ümumilikdə 29 gimnast Azərbaycanı təmsil edəcək. Neçə idmançıdan medal gözləyirsiniz?
- Aerobikada finallara düşmək bizim üçün böyük nəticə olacaq. Çünki bu, bizdə yeni idman növüdür. Burada medallar uğrunda mübarizədən danışmaq çətindir. Ümidsiz baxmıram, amma real olmaq lazımdır. Məsələn, futbol üzrə Azərbaycan milli komandasının dünya və ya Avropa çempionatında iştirakı bir az gözlənilməz nəticədir. Burada da elədir. Onlar medallar uğrunda mübarizə aparmaq üçün hazır deyillər. Yenə deyirəm, bu idman növü yenidir. Digər növlərdə medallar uğrunda mübarizə apara bilərik. Bizim idman növlərində ən qabaqcıl olanı bədii gimnastikadır. Burada həm şəxsi, həm də qrup yarışlarında medallar gözləmək olar. Qrup hərəkətləri komandamız ötənilki Avropa çempionatında gümüş medal qazandı. Ona görə də ümidimiz var ki, onlar bu uğuru Avropa Oyunlarında da təkrar edə bilərlər. Düzdür, Avropa Oyunları daha güclü olacaq. Çünki Avropa və dünya çempionatları arasında o qədər də fərq olmur. Dünya çempionatında, əsasən, Avropadan olan ölkələr mübarizə aparır. Çətin də olsa, onların bizi sevindirəcəyinə inanırıq. Şəxsi mübarizədə də bizim 2 idmançımız çıxış edəcək. Onlardan biri final mərhələsində medal uğrunda mübarizə apara bilər. Kişi və qadın idman gimnastikasında da idmançılarımız medal qazana bilərlər. Batut da yeni növ olmasına baxmayaraq, idmançılarımız səylə hazırlaşır. Burada şəxsi və sinxron mübarizə olacaq. Sinxronda iki idmançı birgə çıxış edir. Hesab edirəm ki, oğlanların sinxron yarışında medal qazanmaq şansımız var. Qızlarda bir az çətin olacaq. Oğlanlarda isə bu daha realdır. Akrobatikaya gəldikdə, həm qarışıq, həm də qadın qrupu medallar uğrunda mübarizə apara biləcək. Hesab edirəm ki, orada bütün idmançılarımızın şansı var. Üstəlik, "doğma divarlar" arasında olma amili də var. İnanıram ki, azarkeşlərimiz bizə dəstək olacaq və ölkəmizi lazımi səviyyədə təmsil edəcəyik. Ancaq ad çəkə bilməyəcəyəm. Çünki kimlərin yarışda iştirak edəcəyinə məşqçilər qərar verəcək.
- Ən azı neçə medalı gimnastika üçün uğur hesab etmək olar?
- Hər bir medalı uğur saymaq olar. Əsas məsələ idmançılarımızın ölkəni lazımi səviyyədə təmsil etmələridir. Bu, idmandır və heç kim sığortalanmayıb. Bu sualın dəqiq cavabını verə bilməyəcəm. Ancaq çalışırıq ki, hər bir idmançımız yaxşı çıxış etsin. Gimnastlar üçün hər cür şərait yaradılıb. Belə bir arena dünyanın heç bir yerində yoxdur. Bu şəraitin qarşılığında idmançılarımız da çalışırlar ki, nəticə əldə etsinlər. Heç bir sahədə çətinlik çəkmirik. 3 idman növü bizdə tamamilə yenidir. Ona görə də idmançıların təcrübəsi azdır. 1 ildir fəaliyyət göstərən idman növündən medal gözləmək düzgün olmazdı. Elə növlər var ki, illərdir fəaliyyət göstərir, amma nəticə yoxdur. Hazırda yalnız onu deyə bilərəm ki, hamımız ölkəmizi layiqincə təmsil etmək, uğur qazanmaq üçün çalışırıq.
- Qeyd etdiniz ki, 3 idman növü yeni olduğundan, idmançıların böyük təcrübəsi yoxdur. Həmin növlərdə legioner gimnastlarla çıxış etmək fikriniz var?
- Bəli, yeni növlərdən aerobika və batutda legionerlər olacaq. Hətta batut növündə bir azərbaycanlı gimnast da var. Lakin onun iki idmançı arasında olub-olmayacağını deyə bilmərəm. Aerobikada gələcək yarışlar üçün idmançılar hazırlanır, amma 1 il ərzində heç bir növdə idmançı yetişdirmək mümkün deyil. 5-6 yaşından uşaqlar bölməyə yazılsa, onların böyüklər arasında çıxış etmələri üçün ən azı 10 il vaxt lazımdır. Artıq legioner idmançıları gətirmişik və onların lisenziyaları da var. Həmin idmançılar məşqlərini davam etdirir. Yeni növlər açılandan onları bizimlədir. Başqa cür bu idman növlərinin inkişafı mümkün deyil. Çünki gənclər, təcrübəsizlər onlara baxıb nəsə öyrənməlidirlər. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO