Azərbaycan İdeyası

“Namusuma dil uzadanın meyitini uzadaram”

Tarix:20-07-2016, 10:50
Baxış Sayı:368

“Namusuma dil uzadanın meyitini uzadaram”
“Başımdakı tük qədər düşmənim var. Hər zaman həqiqəti dediyim üçün bəzi çaqalların gözü məni götürmür. Bütün Azərbaycan məni yaxşı tanıyır, hamı bilir ki, kişi qeyrətli qadınam”.

Criminal.az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında əməkdar artist Mehriban Xanlarova deyib.

Bir müddət əvvəl intim fotolarına görə şantaj olunduğu deyilən aktrisa məsələ ilə bağlı danışıb. O bildirib ki, belə şayiələri onu sevməyənlər yayır: "Mənim namusuma dil uzadanın meyitini qəbiristanlığa uzadaram. Hər dəfə düşmənlərim namusuma ləkə yaxaraq, zərbə vurmaq istəyirlər. Alınmayacaq... Xalqın gözü tərəzidir, hər şeyi yaxşı görür. Yaydılar ki, guya məni intim fotolarla şantaj edirlər. Həmin şəxsi polisə vermişəm. Hətta dedilər ki, bunu "Dünya TV"də "Sirr

iniz qalmasın" verilişini mənimlə birlikdə aparan Azər Xuduyev edib. Məni heç kim şantaj etmir, edə də bilməz. Alnım açıq, başım da dikdir. Mən öz xasiyyətimi aslana bənzədirəm". M.Xanlarova hazırda Azər Xuduyevlə münasibətlərinin yaxşı olduğunu bildirib: "Bu yalan xəbərlər bizim aramızı vura bilməz. Biz dostuq, aramızda başqa heç nə ola bilməz".

Aktrisa bir çox fəxri adlar alan tanınmışları tənqid edib: "Heç vaxt ad eşqində olmamışam. Azərbaycan incəsənətində sözümü demiş, möhürümü vurmuş insanam. Respublikanın "əməkdar artist"iyəm, Prezident mükafatçısıyam, bunlar mənim üçün böyük şərəfdir. Biri var sənə adı verələr, biri də var adı almaq üçün nələrsə edəsən. Şou-biznesdə bəziləri var ki, ad almaq üçün hər yola əl atırlar. Bir çoxları fəxri ad alıb. Onlara demək istəyirəm ki, heç olmasa bu ada layiq olmağa çalışın. "Xalq artisti" adını alırsan, amma xalq sizi "xalq afferisti" kimi tanıyır. Yerindən qalxan özünə sənətkar deyir. Bu gün sənətkar Zeynəb Xanlarovadır". [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb