Azərbaycan İdeyası

Əməkdar artist: Flora Kərimova mənim üçün öldü

Tarix:29-08-2016, 13:33
Baxış Sayı:846

Əməkdar artist: Flora Kərimova mənim üçün öldü
Xalq artisti Flora Kərimovanın SSRİ xalq artisti Zeynəb Xanlarova haqda dediyi sözlər gündəmi dəyişib.

Oxu.Az xəbər verir ki, Z.Xanlarovanın qardaşı qızı, əməkdar artist Mehriban Xanlarova Axşam.az-a açıqlamasında F.Kərimovaya cavab verib: “Flora Kərimovaya bu günə qədər böyük hörmətim var idi. Bu gündən sonra Flora Kərimovamənim üçün öldü.

Flora xanım söyləyib ki, Zeynəb xanımın sənəti, səsi yoxdur. Flora xanım, yaşlandıqca yaddaşınız zəifləyir yəqin. Zeynəb Xanlarova öz səsi ilə Azərbaycanı dünyaya tanıdıb. Bəs siz nə etmisiniz? Zeynəb Xanlarova Azərbaycanın qadın xanəndələri arasında “Çahargah” muğamının ilk ifaçısıdır. Flora xanım, gedin, arxivi araşdırın, baxın. Zeynəb Xanlarova heç bir zaman konsertlərində “fonoqramma” oxumayıb. Çünki səsi var, canlı oxuyur, oxuyacaq da. Sizin də səsiniz olsa, “fonoqramma”sız oxuyarsız".

Aktrisa xalq artistini bir zamanlar mərhum sənətkar İlhamə Quliyevanın, indi isə Z.Xanlarovanın adından istifadə edərək gündəmdə qalmağa çalışmaqda ittiham edib: “İlhamə Quliyeva sağ olduğu zaman onun şöhrətindən istifadə edib atmacalarla gündəmdə qalırdınız. Ölümündən sonra isə ölüsündən istifadə edib gündəmdə qalmaq istədiniz. Mən sizin bu hərəkətlərinizə gülürəm.

Nə istəyirsiniz bu insanlardan? Xalqın sizə az-çox sevgisi, hörməti var, gündəmdə qalmaq üçün qalmaqal yaradıb özünüzü gözdən salmayın. Flora xanım, unutmayın ki, Zeynəb Xanlarova heç zaman cılız söhbətlərlə gündəmdə qalmağı sevmir. Çünki Zeynəb xanım öz şöhrətini qoruyub saxlaya bilir. Bu gün də Zeynəb Xanlarova dünyada tanınır və bəyənilir. Sizin bəyənib bəyənməməyinizin əhəmiyyəti yoxdur. Siz nə etsəniz də, Zeynəb xanım sizə baş qoşan deyil. Zeynəb Xanlarova Azərbaycan xalqının fəxridir, fateh sənətkardır”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO