Azərbaycan İdeyası

Facebook yeni rekord vurdu

Tarix:3-08-2016, 10:32
Baxış Sayı:510

Facebook yeni rekord vurdu
Hər ay "Facebook" sosial şəbəkəsinə daxil olan istifadəçilərin sayı 1.71 milyardı ötüb.

Bu haqda "Facebook"un hesabatında qeyd olunub.
Hesabat məlumatlarına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 15% yüksəlib. 2016-cı ilin iyununda gündəlik "Facebook"a daxil olan istifadəçilərin sayı 1.13 milyard nəfər təşkil edib.
Dunyapress.com ICTnews-a istinadən bildirir ki, hesabatda, həmçinin mobil qurğular üzərindən sosial şəbəkəyə daxil olan aktiv istifadəçilərin sayı qeyd olunub. Sözügedən sosial şəbəkənin aylıq mobil auditoriyası 1.57 milyard nəfər (+20%), gündəlik isə 1.03 milyard nəfər (+22%) təşkil edir.
Həmçinin "Facebook"un cari ilin 2-ci rübü üzrə maliyyə göstəriciləri hesabatda öz əksini tapıb. Belə ki, ötən illə müqayisədə şirkətin ümumi mədaxili 59% artaraq 6.44 milyard dollar təşkil edib. "Facebook"un xalis rüblük gəliri ötən illə müqayisədə 3 dəfə artaraq 2.06 milyard dollar təşkil edib.

Qeyd edək ki, bir həftə öncə "Facebook"un messencerində 1 milyard aktiv istifadəçi qeydə alınıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb