Azərbaycan İdeyası

Bu geyimlər sağlamlığa zərər verir - SİYAHI

Tarix:17-08-2016, 11:27
Baxış Sayı:461

Bu geyimlər sağlamlığa zərər verir - SİYAHI
BiG.AZ publika.az-a istinadən sağlamlığa zərər verən geyimlərin siyahısını təqdim edir:

Qələm ətək
Qələm ətək dizləri bir-birinə yaxınlaşdırdığından bədən tarazlığını qoruyaraq yeriməyə çalışmaq çətindir. Dizlərin hərəkət qabiliyyəti azaldığından bu vəziyyət zamanla əzələlərin yığılmasına, hətta disklərdə problemlərə yol açır.

Ağır boyunbağılar
Boyun əzələləri, vətərlər və oynaqlar 4.5-5.5 kq. çəkidə başı daşımaq qabiliyyətinə malikdir. Ancaq boyuna həddindən artıq boyunbağılar taxmaq boyundakı təbii tarazlığı pozur. Bu da boyun tutulmasına, ağrı və boyun əyriliklərinə gətirib çıxarır.

Bədəni yığan korsetlər
Lukra və ya elastik deyilsə, paltarların altından geyilən dar korsetlər rahat nəfəs almağa mane olur və hərəkət qabiliyyətini məhdudlaşdırdırır, onurğanın rahat hərəkət etməsinə imkan vermir. Mütəmadi olaraq korset taxdıqda beldə və onurğa sümüklərində qalıcı zərərlər yaradır.

Hündürdaban ayaqqabı
Həm ayaq, həm də kürək sağlamlığını təhlükəyə atır. Baş barmaqda çıxıntı və döyənəyə səbəb olduğu kimi, baldır əzələlərinin qısalmasına da gətirib çıxarır. Üstəlik, qan dövranını pozur. Diz ağrıları da məhz mütəmadi olaraq yüksək dabanlı ayaqqabı geyinəndə intensivləşir.

Boyundan bağlanan köynəklər
Bikini, paltar və ya alt paltarlarının boyundan bağlanan modelləri də sağlamlıq üçün təhlükə mənbəyidir. Çünki onlar da eynilə ağır boyunbağılar kimi, boyun, çiyin və kürək sümüklərinə təzyiq göstərir.

Dar büstqalterlər
Xüsusilə, böyük sinəli qadınlar incə asqılı lifçiklər taxmamalıdır. Əks təqdirdə, çiyinlərdə həm fiziki, həm də bioloji problemlərin yaranmasına yol açır.

Dar cinslər
Həm bel, həm bud, həm də baldırları sıxan dar cins şalvarlar yerişi pozur, oynaqlarda isə kəskin ağrılara səbəb olur.

Böyük çantalar

Hətta dirsəkdə saxladığınız böyük çantalar da onurğada zamanla əyriliyə səbəb olur. Qaməti pozur, çiyin, kürək və boyun sağlamlığı üçün təhlükəlidir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb