Azərbaycan İdeyası

Sevgilisinə görə taxtından imtina edən KRAL - FOTOLAR

Tarix:23-08-2016, 12:20
Baxış Sayı:383

Avropada savaş küləklərinin əsdiyi, faşizm və nasizmin tüğyan etdiyi bir vaxtda - 1936-cı ildə - İngiltərə taxtına yeni kral - VIII Edvard keçir.

Edvard vəliəhd olduğu vaxtlarda dünyanın bir çox yerini gəzib görən və təhsilini də Oksfordda bitirən, müasir dünyagörüşlü bir gənc idi. Saray adətlərinə görə yaşamaq ona ağır gəldiyindən həyatını fərqli qurmaq istəyirdi. Heç olmasa həyatının bir qismini özü bildiyi kimi keçirməyi arzulayırdı. Evlilik məsələsində isə qərarı qəti idi və protokol gərəyi olaraq istəmədiyi biri ilə evlənməyi düşünmürdü. Onun ən böyük arzusu dəbdəbədən uzaq, sadə və xoşbəxt bir ailəsinin olması idi.

Həyatında bir çox qadın olsa da, onların heç biri onun ailə ilə bağlı standartlarına uyğun gəlmədiyindən evlənmir. Bir dəfə məclislərin birində Ledi Furness Edvardı amerikalı rəfiqəsi Vallis Simpsonla tanış edir. Simpson evli idi. Birinci ərindən boşanıb ikinci dəfə ailə qursa da, yenə də xoşbəxt deyildi. Ancaq şahzadəni görər-görməz ona aşiq olur. Bir müddətdən sonra münasibətləri çox yaxınlaşan cütlük, sonunda evlənməyə qərar veririlər. Şahzadə həyatının qadınını tapdığına görə xoşbəxt idi.
Sevgilisinə görə taxtından imtina edən KRAL - FOTOLAR
Evlənməyə qərar verdikləri gün, V.Simpson ikinci ərindən boşanır. Lakin heç bir zadəganlıq ünvanı olmayan bir amerikalının İngiltərə kraliçası olması üçün aşılması çətin olan saray qaydalarının öhdəsindən gəlmək lazım gəlirdi. Fəqət, bu o qədər də asan məsələ deyildi. Edvard 325 gün davam edən qısa hakimiyyəti dövründə protokoldan kənara çıxaraq qeyri-adi bir kral imici ortaya qoyur. Bəzi daxili qaydalara belə fikir vermir. Məsələn, krallığın elan edilməsinin ildönümü ilə bağlı mərasimə xidməti maşını ilə getmək əvəzinə, piyada getməyi üstün tutur. Hətta atasının dövründən 30 dəqiqə irəli çəkilən malikanədəki saatı normal vəziyyətinə qaytarır. Qənaət etmək və məsrəfləri azaltmaq üçün saray personalının yaşlı işçilərini təqaüdə göndərib yerinə gənc kadrları qəbul edir. Qısa sürən hakimiyyəti dövründə xarici ölkələrə gəzintiyə çıxmağı da unutmur.

1936-cı ildə Atatürkün dəvəti ilə sevgilisiylə birlikdə İstanbula səfər edir. Səfər zamanı da bir an olsun belə sevgilisindən ayrılmır. Az qala onunla oturub, onunla qalxır. Atatürk qonaqlarına qarşı nəzakətli və sayğılı idi. Onları ənənəvi Türk qonaqpərvərliyi ilə qəbul edir. Bir gün kral və onunla gələn heyətlə birlikdə Mərmərə gəzintisinə çıxırlar... Masa ətrafında oturub maraqlı söhbət etdikləri vaxt xanım Simpson ətrafı seyr etmək üçün durbinini alıb masadan qalxdıqda kral da qalxır və Atatürkdən üzr istəyib sevgilisinin arxasınca gedir. Atatürk kəskin və iti baxışlarıyla onlara baxaraq yanındakılara: “Kralın madama qarşı həssas olduğunu görürəm. Lakin qorxuram ki, bu qadın üzündən taxtını itirə” – deyir...
Sevgilisinə görə taxtından imtina edən KRAL - FOTOLAR

Yeni kralın apardığı islahatlar və protokoldan kənar işlər mühafizəkar dairələrdə narahatlıq yaratmağa başlayır. O, ona verilən hər sənədi oxumadan imzalayan oyuncaq kral olmaq niyyətində deyildi. Bu üzdən də razılaşmaq məcburiyyətində qaldığı məsələlər barəsində nazirlərdən əlavə məlumatlar istəyir və bəzilərinin də dəyişdirilməsi barədə göstərişlərini verirdi. Baş nazir və nazirlər kralın bəzi məsələlərin icrasına qarışmağa haqqının olmadığını düşünsələr də, bunun əksinə olaraq o, davranışlarının konstitusiyaya uyğun olduğuna inanırdı. Bu konstitusion hüquq məsələsi idarəetmədə bir sıra əngəllər yaratsa da, dövrün siyasi şərtlərinə görə belə bir böhranın yaradılması uyğun görülmürdü.

Bundan başqa, kral işçilərin problemi ilə də yaxından maraqlanır, onların qayğısına qalırdı. Gəzintilərinin birində mədən işçilərinə də baş çəkir və onların son dərəcə əlverişsiz şəraitdə işlədiklərini görüb dəhşətə gəlir. İşçilər qarşısında çıxışı zamanı iş yerlərinin və iş şəraitinin çox ağır durumda olduğunu və bunların düzəldilməsinin vacibliyini qeyd edir. Baş nazir və nazirlər kralın belə mövqeyini qəbul edə bilmədiklərindən bunu işçilərin qiyama qalxa biləcəyi kimi qələmə veririlər. Təbii ki, mühafizəkar çevrələr kralın bu cür hərəkətlərini bəyənmir. İşçilərin problemləri ilə maraqlandığından hökumət üvlərinin bəziləri ona “kommunist kral” deyir, bəziləri də idarəetməyə müdaxilə etdiyinə görə “faşistlikdə” günahlandırırlar. Karalın hökumət və Mühafizəkarlar Partiyası arasında müəyyən problermlərinin yarandığı bir vaxtda, bu problemlərin sırasına saray adətlərinə uyğun olmayan evliliyi də əlavə olunur. Əslində kral ənənəyə uyğun hərəkət etsəydi, evlilik problemi aradan qalxardı. Amma o, öz prinsiplərindən vaz keçmir.

Buna görə də hökumət və mühafizəkarlar onun istefa verməsi üçün hər yola baş vurular. Başda Edvardın anası kraliça Meri olmaqla, hər kəs bu evliliyin əleyhinə idi. Nəhayət, məsələlər dalana dirənir və kralı taxt və evlənəcəyi xanım arasında seçim etməyə vadar edirlər. Seçim qarşısında qalan kral taxtdan imtina edərək sevgilisini seçir. Bundan sonra radioda vida çıxışı zamanı: “Sevdiyin qadın yanında olmadan krallıq kimi önəmli bir məqamın vəzifə və məsuliyyətini yerinə yetirə bilməyəcəyini” deyərək vəzifəsindən istefa etdiyini açıqlayır.

Deyilənlərə görə, kralın vida çıxışında səsləndirdiyi bu fikir ona simpatiya duyan sadə işçilər arasında uzun müddət şüara çevrilir. Bəzən iş sahibləri onların işlərindən razı qalmayıb niyə belə etdiklərini soruşduqda: “Çünki sevgilim yanımda deyil" deyə zarafatyana cavab verirlər. (admiral.az) [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO