Azərbaycan İdeyası

Varikozdan qorunmaq üçün bunları yeyin

Tarix:30-10-2015, 16:09
Baxış Sayı:390

Varikoz xəstəliyi həm ayaqların vəziyyətinə mənfi təsir edir (damar ulduzcuqları, şişmiş damarlar və s.), həm də müxtəlif ağır fəsadların (tromblar, xoralar) inkişafına səbəb olur.
Həkimlər ayaqların gözəlliyini və sağlamlığını qorumaq üçün bu kimi qidaların qəbulunu tövsiyə edirlər. Aile.lent.az saglamolun.az-a istinadən həmin qidaların siyahısını təqdim edir:
- E vitamini ilə zəngin qidalar damarların elastikliyini qorumağa kömək edir. Bu vitamin cücərdilmiş buğdada, mərcidə, yumurta sarısında, kahıda, zeytun yağında xüsusilə çoxdur.
- C vitamini damarları möhkəmləndirir, ödemləri azaldır. Bu səbəbdən varikozdan qorunmaq üçün qidalanmaya sitrus meyvələri, qara qarağat, çaytikanı, çiyələk, bolqar bibəri, kələm daxil etmək lazımdır.
- P vitamini (rutin) damarların divarlarını və damarların daxilində olan qapaqları möhkəmləndirir. Portağal, limon, itburnu, qara qarağat, kələm, cəfəri, kahı, qarabaşaq, yaşıl çay bu vitaminlə zəngindir.
- Xüsusi maddələr "bioflavonoidlər" varikoz xəstəliyinin profilaktikasında böyük rol oynayır. Onlar trombları əridir, qanın damarlarla hərəkətini asanlaşdırır. Bu maddələr qırmızı gilasda, albalıda, dəniz məhsullarında, dəniz yosunlarında var.
- Mayenin (su, şirələr, kompotlar və s.) qəbulu çox vacibdir. İnsan az maye qəbul edirsə, onun qanı daha qatı olur. Nəticədə qanın damarlarda hərəkəti çətinləşir, damarlar isə həddən artıq yüklənir. Bu isə damarlarda pozulmaların inkişafına təkan verir.
- Bağırsaqların normal işləməsi varikozun profilaktikasında böyük rol oynayır. Qəbizliyə yol verməyin. Bunun üçün qidalanmanızda qidalı liflərlə zəngin olan məhsulların (meyvə-tərəvəz, göyərti, sıyıqlar) miqdarını artırın.
- Yağlı, şirin, duzlu, hisə verilmiş qidaları, müxtəlif konservləri, şorabaları qidalanmanızda minimuma çatdırın. Bu qidaların daim qəbulu damarların vəziyyətinə mənfi təsir edir.
Bundan əlavə varikozun profilaktikası üçün insan hərəkətli olmalı, idman və bədən tərbiyəsi ilə məşğul olmalıdır. Üzgüçülük damarların sağlamlığını çox yaxşı qoruyur. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO