Azərbaycan İdeyası

Ərzaq məhsullarının təzə, yaxud köhnə olduğunu öyrənin - YOLLARI

Tarix:2-11-2015, 13:05
Baxış Sayı:393

Kartof, soğan, təzə lobya, brokoli, ispanaq, kahı və s... Meyvə-tərəvəzlərin qida dəyərinin çox tez itdiyini bilirsinizmi? Yaxud süd, qatıq, yağ və pendir məhsullarının doğru qab və şərtlərdə saxlanmadığı halda mikroorqanizmlərin hücumuna məruz qala biləcəyindən xəbəriniz varmı? Bəs yumurtaların otaq istiliyində “salmonella” riski daşıdığını eşitmisiniz? Ət, balıq, konserv məhsullarını sadalasaq, siyahı daha da uzanar.
Günümüzdə sağlam qidalanmaya əhəmiyyətin getdikcə artdığını nəzərə alsaq, aldığı qidaların sağlam şərtlər altında satılmasına və saxlanmasına diqqət edənlər də çoxdur. Bu halda qidaların yeni, yaxud köhnə olduğunu anlamağa ehtiyac var. Dükandan aldığınız qidaların təzə, ya köhnə olduğunu anlamaq istəyirsinizsə, Aile.lent.az-ın təqdim etdiyi bu ipuclarına qulaq verin.
Kartof: Qabığı yaşıl rəngə dönübsə, tərkibindəki “solanin” adlı maddə zəhərlənməyə yol aça bilər. Yaşıl rəng tündləşdikcə zəhərlənmə təsiri artır və immuniteti zəif insanlarda hətta ölümə yol aça bilər. Cücərmiş kartof insanda baş ağrısı, qusma, ishal, baş gicəllənməsi, bulantı kimi zəhərlənmə əlamətlərinə yol aça bilər.
Quru soğan alarkən nəmlənmiş, cücərmiş, yumşaq və pis qoxusu olanlara diqqət edin. Xaricdən sağlam görünsə də, gələn pis qoxu içində çürümələr olduğuna işarədir. Qabığı yaşıl rəngdə olmamalıdır. Əks halda həm dadsız olur, həm də evdə tez xarab olur.
Təzə lobya alarkən birini götürüb qırın və “çıt” səsini eşitməsəniz, yaxud çətin qırılsa, demək ki, yeni deyil.
Diri görünməyən, solğun, hətta saralmış görünən göyərtilərin qida dəyəri çox yüksək dərəcədə itir və bu qidalar xarab olur.
Kahının üzərindəki qəhvəyi ləkələr və brokolinin saralmağa başlaması təzə olmadığına işarə edir.
Banan qabığının çox dəyişməsi və qəhvəyi rəngə dönüşməsi tərkibindəki şəkər nisbətinin artıb, qida dəyərinin düşməsi anlamına gəlir.
Balıq çox tez xarab olan qidalardan biridir. Alarkən qarnına barmağınızla basın, əvvəlki formasına qayıtmırsa, deməli, boyatdır. Dərisi gərgin, parlaq, gözləri də canlı olmalıdır. İçəri batan gözləri varsa, almayın. Başından tutanda quyruğu aşağıya doğru deyil, tavada durduğu kimi dimdik durmalıdır.
Yumurtanın 4 santigrat dərəcə altında saxlanması mühümdür. Əks təqdirdə tərkibində mikroorqanizmlər çoxalır. Qabığındakı salmonella riski yumurtaya da keçə bilər. Görünüşünün kirli, üzərində kiçik çat olmamasına diqqət edin.
Süd və süd məhsullarının satıldığı yerin istiliyinin 4 santigrat dərəcə altında olmasına diqqət edin. Əks halda brüsella və ya salmonella kimi fərqli mikroorqanizmlər ifraz edə bilər.
Dondurulmuş qidaların üzərində buz dənəcikləri varsa, onları almayın. Bu, qidanın əriyib yenidən dondurulduğuna işarədir. Yenidən dondurulmuş qidaları almaq olmaz.
Dondurulmuş qidaların 18 santigrat dərəcədə saxlanmasına diqqət edin.
Paketdə satılan dondurma qutusunun üzərində buz dənələri varsa, bu, əridiyi və yenidən donduğuna işarədir.
Tikələrə bölünmüş, qablarda saxlanan ət çox sulu, qanlı, çox yumşaq, əzilmiş, rəngi dəyişmişdirsə, bu məhsulları almayın.
Toyuq çox qısa müddətdə bakteriya ifraz etdiyi üçün ölümcül xəstəliklərə də səbəb ola bilər. Buna görə toyuq alarkən rənginin canlı, diri görünməsi, özünə xas qoxusundan başqa şübhə doğuran bir qoxusunun olmadığına diqqət edin. Sinəsinə basanda elastik olub, əvvəlki vəziyyətinə dönməsi, sulu, gəvşək bir görüntüyə malik olmamasına diqqət edin.
Konservləşdirilmiş qidalar qapağı şişmiş, etiketi cırılmış halda alınmamalıdır. Qapağın üzərindəki şişkinlik qidanın tərkibində “clostridium botilinum” mikroorqanizmin olduğuna işarədir. Bu da ölümcül hallara yol aça bilir. Həmçinin qida turşularının dəmir qabla reaksiyası zamanı yaranan hidrogen qazının belə hallara yola açdığını da unutmayın.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Qəza törədən 21 yaşlı tələbəyə HÖKM OXUNDU
Qəza törədən 21 yaşlı tələbəyə HÖKM OXUNDU