Azərbaycan İdeyası

Hamilələr bu meyvənin suyunu içsin - 8 FAYDASI

Tarix:3-11-2015, 15:52
Baxış Sayı:334

Sağlamlığa xeyirli olan hindistan qozunun (kokos) suyu hamilə qadınlar üçün çox faydalıdır. Aile.lent.az hindistan qozu suyunun hamilələr üçün 8 faydasını təqdim edir:
1. Böyrəklərin işləməsinə kömək edir. Hindistan qozu suyu hamiləlik zamanı əhəmiyyətli olan maqnezium, kalium kimi mineralların qəbuluna kömək olması baxımından zəngin qidadır. Sidikqovucu olan hindistan qozu suyu sidik yolunun təmizlənməsi, böyrək daşlarına mane olmaq və böyrəklərin işləməsinə kömək edir.
2. Sağlam elektrolitlər tərkiblidir. Adətən hamilə qadınların səhər yuxudan oyanandan sonra qusduqları bədəndəki suyu və elektrolitləri hindistan qozu suyu yenidən bərpa edir. Həm də əzələlərin funksiyalarını dəstəkləyir və bədəni sakit saxlayan kalsium, fosfor və kalium baxımından zəngindir.
3. Yorğunluq, susuzluq, tükənmişliklə mübarizə aparır. Hindistan qozu suyu elektrolit baxımından zəngin, təzələyici və yüngül bir içkidir. Hamiləlik dövründə içilən hindistan qozu suyu bədənin susuz qalması və səhər qusmalarından sonra susuzluq və tükənmişliyə qarşı ideal içkidir. Bədəndəki suyu qoruyaraq həm də elastiklik qazanmasına kömək olur.
4. Mədə qıcqırması və qəbizliyə yaxşı təsir edir. Hindistan qozu suyu içmək həzmə yaxşı təsir edir və həzm sisteminin güclənməsinə kömək olur. Qəbzliyi aradan qaldırır və Ph səviyyəsini qaydasına salaraq bədənin təmizlənməsinə, metabolizmin inkişaf etdirilməsinə kömək edir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb